Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dünya çempionunu qətlə yetirən şəxs tutulub

© AFP 2023 / PHILIPPE LOPEZqandal
qandal - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Hadisə zamanı tutulan şəxsin kriminal aləmdə "Emin 444" ləqəbli Emin Səfərovun xalası oğlu olduğunu bildirilir.
BAKI, 15 mart — Sputnik. Bakının Binəqədi rayonu ərazisində dünya çempionu Zaur Yusifovu marketdə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə zamanı tutulan şəxsin kriminal aləmdə "Emin 444" ləqəbli Emin Səfərovun xalası oğlu olduğunu bildirilir. Qətlin qisas məqsədilə törədilməsi istisna edilmir.
Xatırladaq ki, paytaxtın Nəsimi rayonu 6-cı mikrorayon ərazisində Zaur Yusifov "Vinçester" markalı silahla güllələnərək qətlə yetirilib.
Qeyd edək ki, Q, Zaur Yusifov bir müddət əvvəl "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovu qətlə yetirməkdə təqsirləndirilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən Zaur Yusifovun hadisədə iştirakı sübut olunmadığı üçün ona bəraət verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0