https://sputnik.az/20220315/beynelxalq-teskilat-azerbaycanlilarin-ukraynadan-texliyesi-ile-bagli-melumat-yaydi-440176316.html
Beynəlxalq təşkilat azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yaydı
Beynəlxalq təşkilat azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yaydı
Sputnik Azərbaycan
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev sözlərinə görə, təxliyənin qısa zaman kəsiyində təşkil etmək lazım idi. 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T18:15+0400
2022-03-15T18:15+0400
2022-03-15T18:15+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
azərbaycan
nümayəndəlik
xarkov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439730069_0:160:3072:1888_1920x0_80_0_0_853c3c3af5ffd0b85eaac7435b3875b1.jpg
BAKI, 15 mart — Sputnik. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Məlumatda deyilir:"BMqT-nin Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə qoşulub. Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş 123 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyyəsini təşkil edəcək".BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev sözlərinə görə, təxliyənin qısa zaman kəsiyində təşkil etmək lazım idi: "Ukraynanı tərk etmiş bir qrup Azərbaycan vətəndaşının təxliyyəsi üçün avtobusların təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciət alanda biz tez hərəkət etməli olduq. BMqT-nin Polşadakı nümayəndəliyi və Baş Qərargah bu təxliyənin təşkilinə böyük dəstək verdi. Bu insanların çoxunun maddi vəziyyəti pis idi və öz ölkələrinə mümkün qədər tez qaytarılmaları üçün dəstəyə ehtiyacları var idi. Biz onların tezliklə vətənlərinə qayıtmalarını və dövlət qurumları ilə birgə xüsusən də həssas vəziyyətdə olanlara dəstək istiqamətində işləməyi səbirsizliklə gözləyirik".Qeyd edək ki, BMqT-nin dəstəyi ilə Azərbaycana təxliyəsi təşkil olunan insanlar əsasən uzun müddət Xarkovda yaşayanlar və onların ailə üzvləri Xarkov universitetlərinin tələbələridir.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220314/donetske-endirilen-zerbeye-cavab-olaraq-ukraynanin-mudafie-senayesi-mehv-edilecek---rf-mn-440150750.html
xarkov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439730069_171:0:2902:2048_1920x0_80_0_0_5416c811499136d34825043ed42b6bde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, azərbaycan, nümayəndəlik, xarkov
ukrayna, azərbaycan, nümayəndəlik, xarkov
Beynəlxalq təşkilat azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yaydı
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev sözlərinə görə, təxliyənin qısa zaman kəsiyində təşkil etmək lazım idi.
BAKI, 15 mart — Sputnik. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Məlumatda deyilir:
"BMqT-nin Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə qoşulub. Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş 123 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyyəsini təşkil edəcək".
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev sözlərinə görə, təxliyənin qısa zaman kəsiyində təşkil etmək lazım idi: "Ukraynanı tərk etmiş bir qrup Azərbaycan vətəndaşının təxliyyəsi üçün avtobusların təşkilinə köməklik göstərilməsi ilə bağlı müraciət alanda biz tez hərəkət etməli olduq. BMqT-nin Polşadakı nümayəndəliyi və Baş Qərargah bu təxliyənin təşkilinə böyük dəstək verdi. Bu insanların çoxunun maddi vəziyyəti pis idi və öz ölkələrinə mümkün qədər tez qaytarılmaları üçün dəstəyə ehtiyacları var idi. Biz onların tezliklə vətənlərinə qayıtmalarını və dövlət qurumları ilə birgə xüsusən də həssas vəziyyətdə olanlara dəstək istiqamətində işləməyi səbirsizliklə gözləyirik".
Qeyd edək ki, BMqT-nin dəstəyi ilə Azərbaycana təxliyəsi təşkil olunan insanlar əsasən uzun müddət Xarkovda yaşayanlar və onların ailə üzvləri Xarkov universitetlərinin tələbələridir.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.