Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Donetskə endirilən zərbəyə cavab olaraq Ukraynanın müdafiə sənayesi məhv ediləcək - RF MN

© Sputnik / Maksim Blinov / Mediabanka keçidDonetskdə zərbələr nəticəsindən yanan maşın
Donetskdə zərbələr nəticəsindən yanan maşın - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
General bildirib ki, qeyd olunan hərəkətlərə cavab olaraq, millətçilərin hərbi cinayətlər törətmək üçün istifadə etdikləri silahları istehsal edən müəssisələr sıradan çıxarılacaq.
BAKI, 14 mart - Sputnik. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bazar ertəsi Rusiya Silahlı Qüvvələrinin Donetskə endirdiyi zərbəyə cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin obyektlərini məhv edəcəklərini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
“Kiyev rejimi dinc əhaliyə və mülki infrastruktura qarşı ən dağıdıcı silah növlərindən istifadə edərək terror taktikasından istifadə etməkdə davam edir. Bundan əvvəl Ukraynanın “Toçka-U” taktiki raketinin kasetli sursatlarla Donetsk şəhərinin sıx məskunlaşdığı məhəlləsinə bu gün endirdiyi zərbənin nəticələri barədə məlumat vermişdik".
Daha sonra general bildirib ki, qeyd olunan hərəkətlərə cavab olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri millətçilərin hərbi cinayətlər törətmək üçün istifadə etdikləri silahları istehsal edən, təmir edən və bərpa edən Ukraynanın hərbi sənaye kompleksinin müəssisələrini sıradan çıxarmaq üçün operativ tədbirlər görəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kiyev məğlubiyyətlərinin qisasını Donetskə raket hücumu ilə almağa çalışır - RF XİN
Xəbər lenti
0