https://sputnik.az/20220315/bas-nazir-oten-il-yeni-silahlar-alinib-440163781.html
Baş nazir: Ötən il yeni silahlar alınıb
Baş nazir: Ötən il yeni silahlar alınıb
Sputnik Azərbaycan
Baş nazir bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərə, bu müharibədə xəsarət alanlara ümumilikdə 55 milyon manatdan çox sığorta ödənişləri... 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T20:35+0400
2022-03-15T20:35+0400
2022-03-15T20:46+0400
əli əsədov
azərbaycan xəbərləri
baş nazir
https://cdnn1.img.sputnik.az/img/41703/76/417037633_0:66:2001:1191_1920x0_80_0_0_c3678afb356a7e2b92bc6c4ca37140d6.jpg
BAKI, 15 mart — Sputnik. Ötən il yeni silahlar alınıb və ordumuzun müdafiə qabiliyyəti yüksəldilib. Komando qruplarının yaradılması ordumuzun döyüş hazırlığının artırılmasından xəbər verir.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.Baş nazir bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərə, bu müharibədə xəsarət alanlara ümumilikdə 55 milyon manatdan çox sığorta ödənişləri edilib.Onun sözlərinə görə, 2021-ci ildə də Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam edib.Baş nazir bildirib ki, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məqsədilə Prezident "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" ilə bağlı sərəncam imzalayıb. Hökumət tərəfindən strategiya artıq təsdiq üçün təqdim olunub.Qeyd edək ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41703/76/417037633_78:0:1851:1330_1920x0_80_0_0_36ed05d1e2238f37e71bbfcd377a19ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli əsədov, baş nazir
Baş nazir: Ötən il yeni silahlar alınıb
20:35 15.03.2022 (Yenilənib: 20:46 15.03.2022) Baş nazir bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərə, bu müharibədə xəsarət alanlara ümumilikdə 55 milyon manatdan çox sığorta ödənişləri edilib.
BAKI, 15 mart — Sputnik. Ötən il yeni silahlar alınıb və ordumuzun müdafiə qabiliyyəti yüksəldilib. Komando qruplarının yaradılması ordumuzun döyüş hazırlığının artırılmasından xəbər verir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərə, bu müharibədə xəsarət alanlara ümumilikdə 55 milyon manatdan çox sığorta ödənişləri edilib.
Onun sözlərinə görə, 2021-ci ildə də Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam edib.
Baş nazir bildirib ki, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məqsədilə Prezident "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" ilə bağlı sərəncam imzalayıb. Hökumət tərəfindən strategiya artıq təsdiq üçün təqdim olunub.
Qeyd edək ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.
2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.