https://sputnik.az/20220315/bas-nazir-oten-il-vergi-ve-gomruk-yigimlari-proqnozdan-cox-olub-440165755.html
Baş nazir: Ötən il vergi və gömrük yığımları proqnozdan çox olub
Baş nazir: Ötən il vergi və gömrük yığımları proqnozdan çox olub
Sputnik Azərbaycan
Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artıb. 15.03.2022, Sputnik Azərbaycan
2022-03-15T13:25+0400
2022-03-15T13:25+0400
2022-03-15T14:11+0400
gömrük
iqtisadiyyat
nazirlər kabineti
baş nazir
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690590_0:160:3072:1888_1920x0_80_0_0_a97598ef11c58d68def89ab4e158d74e.jpg
BAKI, 15 mart — Sputnik. 2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz real ifadədə 5 faiz artıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.Baş nazir qeyd edib ki, ixracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artıb. Ötən il ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olub ki, bu vəsait də Prezidentin qeyd etdiyi kimi, 2022-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərclərinin artımına yönəldilib.Ötən il vaksinlərə 314 milyon manatdan çox vəsait xərclənibO bildirib ki, 2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800,8 milyon manat istifadə olunub. Ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.Qeyd edək ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690590_171:0:2902:2048_1920x0_80_0_0_503fcb9b9a430c1b04935e3a748eb09d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gömrük, nazirlər kabineti, baş nazir, əli əsədov
gömrük, nazirlər kabineti, baş nazir, əli əsədov
Baş nazir: Ötən il vergi və gömrük yığımları proqnozdan çox olub
13:25 15.03.2022 (Yenilənib: 14:11 15.03.2022) Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artıb.
BAKI, 15 mart — Sputnik. 2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz real ifadədə 5 faiz artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.
Baş nazir qeyd edib ki, ixracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artıb. Ötən il ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olub ki, bu vəsait də Prezidentin qeyd etdiyi kimi, 2022-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərclərinin artımına yönəldilib.
Ötən il vaksinlərə 314 milyon manatdan çox vəsait xərclənib
O bildirib ki, 2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün 800,8 milyon manat istifadə olunub. Ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.
Qeyd edək ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.
2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.