https://sputnik.az/20220315/azerbaycanda-iscilerin-evden-islemesi-qanuna-salinir-440007647.html
Azərbaycanda işçilərin evdən işləməsi qanuna salınır
Azərbaycanda işçilərin evdən işləməsi qanuna salınır
Sputnik Azərbaycan
Layihə təkmilləşdirilərkən “distant (məsafədən) iş” anlayışında “teleiş” forması da nəzərə alınıb.
2022-03-15T09:58+0400
2022-03-15T09:58+0400
2022-03-15T09:58+0400
distant
cəmiyyət
iş
əmək və əhalinin sosial müdafiə nazirliyi
sorğu
cavab
məcəllə
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425776463_0:0:3071:1728_1920x0_80_0_0_06e64b632f91449092ffa4f043150777.jpg
BAKI, 15 mart — Sputnik. Azərbaycanda işçilərin distant, yəni evdən və ya oteldən işləməsi imkanı qanunvericiliyə daxil ediləcək. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüşdə bildirilib.Bu təkliflə bağlı bildirilib ki, artıq Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi hazırlanıb. Burada «distant (məsafədən) iş», əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır.Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.Sputnik Azərbaycan qanuna dəyişikliyin hansı zərurətdən irəli gəldiyini, eləcə də distant işin hansı əmək sahələrini əhatə edəcəyini araşdırıb.Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən cavabda bildirilib ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı hazırlanmış yeni layihədə Məcəlləyə “distant (məsafədən) iş” anlayışının daxil edilməsi nəzərdə tutulub:Məlumatda qeyd olunur ki, ölkə prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planının 5.4.3.5-ci bəndinin icrasını təmin etmək, işçilərin distant (məsafədən) iş və ya teleiş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Əmək Məcəlləsinin müvafiq maddələri təkmilləşdirilir.Layihə təkmilləşdirilərkən “distant (məsafədən) iş” anlayışında “teleiş” forması da nəzərə alınıb. Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220310/pensiya-artimlari-ucun-ayrilan-elave-vesait-ne-qeder-olub-440005377.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425776463_340:0:3071:2048_1920x0_80_0_0_854db667b922189293f9b304c0bef25d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycanda işçilərin evdən işləməsi qanuna salınır
azərbaycanda işçilərin evdən işləməsi qanuna salınır
Azərbaycanda işçilərin evdən işləməsi qanuna salınır
Layihə təkmilləşdirilərkən “distant (məsafədən) iş” anlayışında “teleiş” forması da nəzərə alınıb.
BAKI, 15 mart — Sputnik. Azərbaycanda işçilərin distant, yəni evdən və ya oteldən işləməsi imkanı qanunvericiliyə daxil ediləcək. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüşdə bildirilib.
Bu təkliflə bağlı bildirilib ki, artıq Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi hazırlanıb. Burada «distant (məsafədən) iş», əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.
Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır.
Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.
Sputnik Azərbaycan qanuna dəyişikliyin hansı zərurətdən irəli gəldiyini, eləcə də distant işin hansı əmək sahələrini əhatə edəcəyini araşdırıb.
Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən cavabda bildirilib ki, Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı hazırlanmış yeni layihədə Məcəlləyə “distant (məsafədən) iş” anlayışının daxil edilməsi nəzərdə tutulub:
"Məlum olduğu kimi, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə “Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart 122 nömrəli qərarının 1.5-ci bəndinə əsasən işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri müəyyən edilib. Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planının 5.4.3.5-ci bəndində “Teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması” tədbiri nəzərdə tutulub. Hazırda Respublikada Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmaqla işçi tərəfindən əmək funksiyalarının evdə yerinə yetirilməsi təcrübəsi mövcuddur".
Məlumatda qeyd olunur ki, ölkə prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planının 5.4.3.5-ci bəndinin icrasını təmin etmək, işçilərin distant (məsafədən) iş və ya teleiş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Əmək Məcəlləsinin müvafiq maddələri təkmilləşdirilir.
Layihə təkmilləşdirilərkən “distant (məsafədən) iş” anlayışında “teleiş” forması da nəzərə alınıb. Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.