DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vatikan BMT-nin mənzil-qərargahı ola bilərmi?

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidVatikan
Vatikan - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Sevastyanov qeyd edib ki, Vatikan neytral qalır və heç bir bloka daxil olmadığını bildirir.
BAKI, 14 mart — Sputnik. Vatikan BMT-nin neytral meydanı, həmçinin Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi ola bilər. Ümumdünya "Starover"lər Şurasının sədri Leonid Sevastyanov bildirib ki, bu barədə Papa Fransisk məktublaşmalarında bildirib. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
"Bu gün Xarici İşlər Nazirliyi BMT-nin yeni platformasının yaradılmasının zəruriliyindən danışdı. Bu kontekstdə Vatikanın belə bir platforma kimi qəbul edilməsini təklif etmək, məncə, çox aktual olardı. Papa Fransisk özünü ənənəvi katoliklikdən multikultural inklüzivliyə doğru uzaqlaşdırdı. Beləliklə, o, həm də buna zəmin hazırladı", - Sevastyanov bildirib.
Sevastyanov qeyd edib ki, Vatikan neytral qalır və heç bir bloka daxil olmadığını bildirir. Ümumdünya "Starover"lər Şurasının sədri deyib ki, Papa 9 il əvvəl martın 13-də pontifik seçilib və yazışmalarında artıq vasitəçilik etməyə hazır olduğunu bildirib:
"O, bu barədə bizə məktub göndərib, yazıb ki, bütün əziyyət çəkən insanlar, üçün kilsə dua edir və bizdən də onun üçün dua etməyimizi xahiş edir. Papa bu gün vasitəçilik təklif etdi", - Sevastyanov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev RİA Novosti agentliyinə müsahibəsində BMT-nin qərargahının neytral dövlətə köçürülməsi ideyasına müsbət yanaşdıqlarını açıqlamışdı.
Pyotr İliçev bildirmişdi ki, belə bir addım dövrümüzün qlobal çağırışlarına kollektiv cavabların axtarışı kimi mürəkkəb prosesin üzərindən lazımsız gərginliyi götürməyə imkan verərdi. Bundan əlavə, bizim işimiz indikindən qat-qat az siyasiləşdirilərdi.
"Son zamanlar Birləşmiş Ştatlar birtərəfli siyasi mənfəət əldə etmək və digər ölkələrin missiyalarına təzyiq göstərmək üçün BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi mövqeyindən daha çox sui-istifadə edir. Bu cür hərəkətlər həmçinin 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında və 1963-cü il tarixli Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasında təsbit edilmiş əsas beynəlxalq hüquq normalarını pozur" - İliçev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukrayna  - Sputnik Azərbaycan, 1920, 14.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Pyotr İliçev: Ukrayna üzrə Minsk razılaşmalarının bərpası mümkün olmayacaq
Xəbər lenti
0