https://sputnik.az/20220314/telman-smayilovun-ogullari-da-mesuliyyetden-yaxa-qurtara-bilmedi-440123145.html
Telman İsmayılovun oğulları da məsuliyyətdən yaxa qurtara bilmədi
Telman İsmayılovun oğulları da məsuliyyətdən yaxa qurtara bilmədi
Sputnik Azərbaycan
Telman İsmayılovun, onun oğullarının və keçmiş baş direktor Pyotr İlyayevin məsuliyyətə cəlb olunması barədə qərar Moskva arbitraj məhkəməsi tərəfindən 2021-ci... 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T13:32+0400
2022-03-14T13:32+0400
2022-03-14T13:32+0400
apelyasiya komissiyası
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434595701_0:161:3067:1886_1920x0_80_0_0_d33ba78bdfd37d0d161ab9c4ef3e413b.jpg
BAKI, 14 mart — Sputnik. "Çerkizovo" bazarının keçmiş rəhbəri Telman İsmayılovun oğulları 14,5 milyard rubl (təxminən 126 milyon dollar) məbləğində məsuliyyətdən yaxa qurtara bilməyiblər. Sputnik Azərbaycan xəbər verir ki, Apellyasiya məhkəməsi qardaşların " Rusline 2000 " şirkətinin borcları üzrə məhkəmə qərarından apelyasiya şikayətini rədd edib.Xatırladaq ki, Telman İsmayılovun, onun oğullarının və keçmiş baş direktor Pyotr İlyayevin məsuliyyətə cəlb olunması barədə qərar Moskva arbitraj məhkəməsi tərəfindən 2021-ci ilin iyununda qəbul edilib.Bu qərardan apelyasiya yalnız bir ay ərzində verilməli olduğu halda, qardaşların şikayəti noyabrda daxil olub.Qeyd edək ki, Telman İsmayılov ötən ilin oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını tələb etmişdi.Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq-mühafizə orqanlarının iddiaları ilə üz-üzə qalıb. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlanıb.RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.Bundan başqa, istintaq məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, o, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və bu onların ölümü ilə nəticələnib. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə şərti həbs tədbiri seçilib. Mehman Kərimov haqqında isə cəzasını rejimli koloniyada çəkməklə13 il həbs cəzası verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434595701_169:0:2898:2047_1920x0_80_0_0_a2f9d3f7aa8091db3431a13a73f00eed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
apelyasiya komissiyası
Telman İsmayılovun oğulları da məsuliyyətdən yaxa qurtara bilmədi
Telman İsmayılovun, onun oğullarının və keçmiş baş direktor Pyotr İlyayevin məsuliyyətə cəlb olunması barədə qərar Moskva arbitraj məhkəməsi tərəfindən 2021-ci ilin iyununda qəbul edilib.
BAKI, 14 mart — Sputnik. "Çerkizovo" bazarının keçmiş rəhbəri Telman İsmayılovun oğulları 14,5 milyard rubl (təxminən 126 milyon dollar) məbləğində məsuliyyətdən yaxa qurtara bilməyiblər.
Sputnik Azərbaycan xəbər verir ki, Apellyasiya məhkəməsi qardaşların " Rusline 2000 " şirkətinin borcları üzrə məhkəmə qərarından apelyasiya şikayətini rədd edib.
Xatırladaq ki, Telman İsmayılovun, onun oğullarının və keçmiş baş direktor Pyotr İlyayevin məsuliyyətə cəlb olunması barədə qərar Moskva arbitraj məhkəməsi tərəfindən 2021-ci ilin iyununda qəbul edilib.
Bu qərardan apelyasiya yalnız bir ay ərzində verilməli olduğu halda, qardaşların şikayəti noyabrda daxil olub.
Qeyd edək ki, Telman İsmayılov ötən ilin oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını tələb etmişdi.
Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq-mühafizə orqanlarının iddiaları ilə üz-üzə qalıb. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlanıb.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.
Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.
Bundan başqa, istintaq məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, o, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və bu onların ölümü ilə nəticələnib. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.
Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə şərti həbs tədbiri seçilib. Mehman Kərimov haqqında isə cəzasını rejimli koloniyada çəkməklə13 il həbs cəzası verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.