https://sputnik.az/20220314/siqaretlerin-ve-spirtli-ickilerin-aksiz-derecesi-artirildi-440151925.html
Siqaretlərin və spirtli içkilərin aksiz dərəcəsi artırıldı
Siqaretlərin və spirtli içkilərin aksiz dərəcəsi artırıldı
Sputnik Azərbaycan
Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb. 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T22:18+0400
2022-03-14T22:18+0400
2022-03-14T22:58+0400
iqtisadiyyat
siqaret
aksiz
artım
spirtli içkilər
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_0:141:2000:1266_1920x0_80_0_0_49fe8072bae2b7e6e77239ddf540b2c9.jpg
BAKI, 14 mart - Sputnik. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə dəyişuklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq.Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.Eyni zamanda “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib.2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib.Eyni zamanda idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.Qeyd edək ki, Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi də 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220304/azerbaycanda-qida-tehlukesizliyi-sahesinde-telebler-mueyyenlesir-439842123.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_227:0:2000:1330_1920x0_80_0_0_2e7f482fd6d70eb675952f534434e881.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
siqaret, aksiz, artım, spirtli içkilər
siqaret, aksiz, artım, spirtli içkilər
Siqaretlərin və spirtli içkilərin aksiz dərəcəsi artırıldı
22:18 14.03.2022 (Yenilənib: 22:58 14.03.2022) Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
BAKI, 14 mart - Sputnik. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə dəyişuklik edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.
Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Eyni zamanda “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib.
2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib.
Eyni zamanda idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi də 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.
Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün
1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.