QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Regionda dayanıqlı inkişafın ilkin şərti sülh müqaviləsinin imzalanmasıdır - Politoloq

© Photo : Denis BalibouseAzərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Politoloq bildirib ki, Azərbaycan Ermənistanla danışıqlar prosesində bu problemin həllinə nail olmadığı üçün İran vasitəsilə Naxçıvanla əlaqənin qurulması üçün anlaşma memorandumu imzaladı.
BAKI, 14 mart — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təklifləri açıqlayıb.
Nazirliyin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
© AR Ministry of Foreign Affairs Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva
Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Son zamanlar Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamaların gəldiyi bir vaxtda Azərbaycan XİN rəhbərinin bu açıqlaması xüsusi önəm daşıyır.
Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a Azərbaycanın Ermənistana təqdim etdiyi 5 maddədən ibarət təkliflərlə bağlı fikirlərini bölüşüb.
Politoloq deyib ki, bu beş maddəlik təklif sülh müqaviləsinin şərtləridir:
"Ola bilsin ki, bunlar ilkin şərtlərdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə sülh müqaviləsinin imzalanmasının baza şərtlərinin ifadə edib. Sülh müqaviləsinin imzalanması üçün ilk növbədə Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, ölkəmizin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərini qəbul etməlidir".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 14.03.2022
İlyas Hüseynov
İlyas Hüseynov bildirib ki, sərhədlərin qarşılıqlı olaraq tanınması prosesi həyata keçirilə bilər:
"İkinci Qarabağ müharibəsindən sonra yeni geo-siyasi reallıqlar yaranıb. Cənubi Qafqazda dayanıqlı inkişafın ilkin şərti sülh müqaviləsinin imzalanmasıdır. Rusiya və Aİ-nin də marağındadır ki, Azərbaycan-Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunsun. Azərbaycan bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması bərədə il yarımdır ki, şərtlərini təqdim edib. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu şərtləri qəbul etmək istəmir, üçtərəfli birgə komissiyanın fəaliyyətinə mane olmağa çalışır".
"Azərbaycan Ermənistanla danışıqlar prosesində bu problemin həllinə nail olmadığı üçün İran vasitəsilə Naxçıvanla əlaqənin qurulması üçün anlaşma memorandumu imzaladı. Bununla belə Zəngəzur dəhlizinin açılması məsələsi hələ də siyasi gündəlikdədir. Azərbaycan praqmatik və uzaqgörən şəkildə davranaraq praktiki şəkildə məsələnin həll edilməsində maraqlı olduğunu göstərdi. Sülh müqaviləsinin üzərinə başqa maddələr də əlavə oluna bilər. Çünki sülh müqaviləsi çoxşaxəli olmalıdır. Bu məsələyə Ermənistan da konsturktiv şəkildə yanaşsa, effektiv olar. Bu həm də tərəflər arasında mütəmadi olaraq atəşkəsin pozulması hallarına son qoya bilər" - deyə İ.Hüseynov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva - Sputnik Azərbaycan, 1920, 14.03.2022
SİYASƏT
Ermənistana təqdim edilən təkliflər açıqlanıb - Rəsmi
Xəbər lenti
0