CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qatarla sərnişindaşıma bərpa ediləcəkmi?

© Official website of President of Azerbaijan RepublicStadler qatarı, arxiv şəkli
Stadler qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Ekspert pandemiya dövründə verilmiş qərarların əksəriyyətinin ləğv olunduğu vaxtda qatarların hərəkətinə qoyulmuş qadağanın saxlanılmasının düzgün olmadığını bildirib.
BAKI, 14 mart — Sputnik. Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar bölgələrə axın edənlərin sayının artacağı gözlənilir. Hər bayram ərəfəsi paytaxt avtovağzalında rayonlara gedən sərnişinlərin sayı artır.
Avtobuslarla rayonlara gedə bilməyən sərnişinlər baha da olsa, taksi xidmətlərindən yararlanmağa məcbur olurlar. Bu isə qeyd olunan istiqamətlərdə sərnişin qatarlarının fəaliyyətinin bərpası problemini daha da aktuallaşdırır.
Sputnik Azərbaycan ölkədaxili sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcəyini araşdırıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən sorğumuza cavab veriləcəyi bildirilib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda paytaxtdan rayonlara işləyən sərnişin qatarların fəaliyyətinin bərpa olunması gözlənilir:
© Sputnik / Murad OrujovNəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı
"Mənim məlumatıma görə, buna hazırlıq işləri aparılır. Yaxın günlərdə rayonlara və əks istiqamətə qatarla gedib-gəlmək mümkün olacaq".
E.Muradlı pandemiya dövründə verilmiş qərarların əksəriyyətinin ləğv olunduğu vaxtda qatarların hərəkətinə qoyulmuş qadağanın saxlanılmasının düzgün olmadığını bildirdi:
"Sərnişin qatarların fəaliyyətinin bərpa olunması vacibdir. Çünki, qatarlar ən təhlükəsiz və sərfəli nəqliyyat vasitəsi hesab olunur. İnsanlar buna görə qatarla gediş-gəlişə üstünlük verirlər. Artıq iki ildən çoxdur ki, ölkədaxili qatarların fəaliyyətinə qadağa qoyulub. Amma həmin vaxtdan sonra bir sıra pandemiya qaydaları yumşaldılıb, əksəriyyəti ləğv edilib. Əlbəttə ki, belə halda qatarların hərəkətinə qoyulan qadağanın saxlanılması düzgün deyil. Xüsusilə bayramlarda avtovağzallarda sərnişin sıxlığı yaranır. İnsanlar baha qiymətə taksi ilə gedib-gəlməli olurlar. Qatarların hərəkətinə qoyulan məhdudiyyətin aradan qaldırılması sərnişinlərə həm rahatlıq, həmçinin də maddi baxımdan sərfəlidir".
Milli Məclisin deputatı Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəmiryolu ilə sərnişindaşımanın bərpa olunması vacibdir:
© Photo : TRENDNaqif Həmzəyev - Milli Məclisin deputatı
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Naqif Həmzəyev - Milli Məclisin deputatı
"Qatarla sərnişindaşıma ən rahat və təhlükəsiz nəqliyyat hesab olunur. Həmçinin qiymət baxımından da qatarla gedib-gəlmək sərnişinlərə sərf edir. Mən bu məsələ ilə bağlı Milli Məclisdə də məsələ qaldırmışam. Pandemiya ilə bağlı əksər qadağalar yumşaldıldığından qatarlara qoyulan qadağanın qüvvədə qalması əlbəttə ki, arzuolunan deyil. Sərnişinlər də dəmiryolu ilə sərnişindaşımanın bərpa olunmasını gözləyirlər. Məndə olan məlumata görə, qatarla sərnişindaşıma yaxın vaxtlarda bərpa ediləcək. Müəyyən texniki işlər, cərəyan xətlərinin dəyişdirilməsi və sair məsələlər həll olunduqdan sonra çox güman ki, aprel-may ayında daxildəki sürət qatarlarının bərpası gözləniləndir. Ölkədən xaricə qatarla sərnişindaşımanın bərpası isə hər bir sərnişinin arzusudur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Stadler qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2022
CƏMİYYƏT
Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişib - CƏDVƏL
Xəbər lenti
0