https://sputnik.az/20220314/lukoyl-xezer-denizinde-boyuk-qaz-yatagi-kesf-edib-440131919.html
“Lukoyl” Xəzər dənizində böyük qaz yatağı kəşf edib
“Lukoyl” Xəzər dənizində böyük qaz yatağı kəşf edib
Sputnik Azərbaycan
Şirkət 1995-ci ildən Şimali Xəzərdə geoloji-kəşfiyyat işləri, 1999-cu ildən isə dərin qazma işləri aparır. Ümumilikdə “Lukoyl” Xəzər dənizində 10 yataq kəşf... 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T14:54+0400
2022-03-14T14:54+0400
2022-03-14T14:54+0400
dünya xəbərləri
"lukoyl" şirkəti
xəzər
dəniz
kəşf
yataq
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1b/438553042_0:0:2771:1558_1920x0_80_0_0_675f13ae7e3f1bfbce5c5b5921384146.jpg
BAKI, 14 mart — Sputnik. “Lukoyl” Xəzər dənizinin Rusiya sektorunda ehtiyatları 48 milyard kubmetr olan böyük “Xəzri” qaz yatağını kəşf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Rosnedra”dan bildirilib.“Xəzri” yatağı (2022-ci ildə kəşf edilib). Yerin təkinin istifadəçisi "Lukoil-Nijnevoljskneft" MMC-dir.““Xəzri” iri yataqlar qrupuna aiddir, ümumilikdə sərbəst qazın ilkin çıxarıla bilən ehtiyatları 48 mlrd. kubmetr, kondensatın isə 8,2 mln. ton təşkil edir”, – idarənin məlumatında qeyd olunur.Yataq Xəzər dənizinin orta hissəsinin Rusiya sektorunda, Mahaçqala şəhərindən 70 km aralıda yerləşir, - “Rosnedra”dan bildirilib.Xatırladaq ki, “Lukoyl” 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat işləri, 1999-cu ildən dərin qazma işləri aparır. Ümumilikdə, “Lukoyl” Xəzər dənizində 7 milyard barel neft ekvivalentində ümumi çıxarıla bilən karbohidrogen ehtiyatlarına malik 10 yataq (birgə müəssisə də daxil olmaqla) kəşf edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211007/rusiya-sirketi-sahdenizdeki-payini-artirir-433996989.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1b/438553042_0:0:2637:1978_1920x0_80_0_0_0a933337c9fb712d3956c746590371fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
“lukoyl” xəzər dənizində böyük qaz yatağı kəşf edib
“lukoyl” xəzər dənizində böyük qaz yatağı kəşf edib
“Lukoyl” Xəzər dənizində böyük qaz yatağı kəşf edib
Şirkət 1995-ci ildən Şimali Xəzərdə geoloji-kəşfiyyat işləri, 1999-cu ildən isə dərin qazma işləri aparır. Ümumilikdə “Lukoyl” Xəzər dənizində 10 yataq kəşf edib.
BAKI, 14 mart — Sputnik. “Lukoyl” Xəzər dənizinin Rusiya sektorunda ehtiyatları 48 milyard kubmetr olan böyük “Xəzri” qaz yatağını kəşf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Rosnedra”dan bildirilib.
“Xəzri” yatağı (2022-ci ildə kəşf edilib). Yerin təkinin istifadəçisi "Lukoil-Nijnevoljskneft" MMC-dir.
““Xəzri” iri yataqlar qrupuna aiddir, ümumilikdə sərbəst qazın ilkin çıxarıla bilən ehtiyatları 48 mlrd. kubmetr, kondensatın isə 8,2 mln. ton təşkil edir”, – idarənin məlumatında qeyd olunur.
Yataq Xəzər dənizinin orta hissəsinin Rusiya sektorunda, Mahaçqala şəhərindən 70 km aralıda yerləşir, - “Rosnedra”dan bildirilib.
Xatırladaq ki, “Lukoyl” 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat işləri, 1999-cu ildən dərin qazma işləri aparır. Ümumilikdə, “Lukoyl” Xəzər dənizində 7 milyard barel neft ekvivalentində ümumi çıxarıla bilən karbohidrogen ehtiyatlarına malik 10 yataq (birgə müəssisə də daxil olmaqla) kəşf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.