https://sputnik.az/20220314/kiyev-meglubiyyetlerinin-qisasini-donetske-raket-hucumu-ile-almaga-calisir---rf-xn-440150493.html
Kiyev məğlubiyyətlərinin qisasını Donetskə raket hücumu ilə almağa çalışır - RF XİN
Kiyev məğlubiyyətlərinin qisasını Donetskə raket hücumu ilə almağa çalışır - RF XİN
Sputnik Azərbaycan
Xarici siyast idarəsi "Kiyev rejiminin dəhşətli əməlini qətiyyətlə pisləyir". 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T21:09+0400
2022-03-14T21:09+0400
2022-03-14T21:09+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya xin
raket
donetsk
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_0:0:3015:1697_1920x0_80_0_0_52427520a664f66bd2692606f4e8bb9a.jpg
BAKI, 14 mart - Sputnik. "Rusiya Ukraynadan Donetskə “Toçka-U” raketinin atılmasını qətiyyətlə pisləyir, Kiyev öz hərəkətləri ilə Rusiyanın "DXR" və "LXR"i qorumaq üçün keçirdiyi xüsusi hərbi əməliyyat zamanı məğlubiyyətlərin qisasını almağa çalışır". RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.Qeyd olunur ki, bundan bir qədər əvvəl Donetsk şəhərinin meri Aleksey Kulemzin Ukraynaya məxsus "Toçka-U" raketinin şəhərin mərkəzindəki Hökumət Evi yaxınlığında vurulduğunu bildiribO da xəbər verilir ki, "DXR"-nin səhiyyə naziri Aleksandr Oprişenko Ukrayna tərəfinin Donetski “Toçka-U” raketi ilə atəşə tutması nəticəsində 20 nəfərin həlak olduğunu bildirib:"Bildiyiniz kimi, bu cür atışlara ölkənin ali rəhbərliyi tərəfindən icazə verilir. Biz Kiyev rejiminin dəhşətli əməlini qətiyyətlə pisləyirik. Bu, bir daha təsdiqləyir ki, Ukraynanın millətçi hökuməti Donbasda cəza əməliyyatı zamanı 8 ildir apardığı "DXR" və "LXR"in mülki əhalisinə qarşı mübarizəni davam etdirmək niyyətindədir", - deyə Nazirliyin açıqlamasında deyilir.Xarici siyasət idarəsindən o da vurğulanıb ki, Kiyev günahsız insanlara qarşı raket silahlarından istifadə etməklə Rusiyanın "DXR" və "LXR"i qorumaq üçün keçirdiyi xüsusi hərbi əməliyyat zamanı məğlubiyyətlərinin qisasını almağa çalışır: “Ukrayna hakimiyyətinin aqoniyasının bütün əlamətləri var”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220314/rf-mudafie-nazirliyi-qerbi-ukraynadaki-neonasizme-bigane-qalmaqda-ittiham-edib-440147597.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_124:0:2855:2048_1920x0_80_0_0_f9541aee2078bec48ab7b33ba3adaab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, raket, donetsk
rusiya xin, raket, donetsk
Kiyev məğlubiyyətlərinin qisasını Donetskə raket hücumu ilə almağa çalışır - RF XİN
Xarici siyast idarəsi "Kiyev rejiminin dəhşətli əməlini qətiyyətlə pisləyir".
BAKI, 14 mart - Sputnik. "Rusiya Ukraynadan Donetskə “Toçka-U” raketinin atılmasını qətiyyətlə pisləyir, Kiyev öz hərəkətləri ilə Rusiyanın "DXR" və "LXR"i qorumaq üçün keçirdiyi xüsusi hərbi əməliyyat zamanı məğlubiyyətlərin qisasını almağa çalışır". RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, bundan bir qədər əvvəl Donetsk şəhərinin meri Aleksey Kulemzin Ukraynaya məxsus "Toçka-U" raketinin şəhərin mərkəzindəki Hökumət Evi yaxınlığında vurulduğunu bildirib
O da xəbər verilir ki, "DXR"-nin səhiyyə naziri Aleksandr Oprişenko Ukrayna tərəfinin Donetski “Toçka-U” raketi ilə atəşə tutması nəticəsində 20 nəfərin həlak olduğunu bildirib:
"Bildiyiniz kimi, bu cür atışlara ölkənin ali rəhbərliyi tərəfindən icazə verilir. Biz Kiyev rejiminin dəhşətli əməlini qətiyyətlə pisləyirik. Bu, bir daha təsdiqləyir ki, Ukraynanın millətçi hökuməti Donbasda cəza əməliyyatı zamanı 8 ildir apardığı "DXR" və "LXR"in mülki əhalisinə qarşı mübarizəni davam etdirmək niyyətindədir", - deyə Nazirliyin açıqlamasında deyilir.
Xarici siyasət idarəsindən o da vurğulanıb ki, Kiyev günahsız insanlara qarşı raket silahlarından istifadə etməklə Rusiyanın "DXR" və "LXR"i qorumaq üçün keçirdiyi xüsusi hərbi əməliyyat zamanı məğlubiyyətlərinin qisasını almağa çalışır:
“Ukrayna hakimiyyətinin aqoniyasının bütün əlamətləri var”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.