https://sputnik.az/20220314/17-yasli-qizi-zorlamaqda-teqsirlendirilen-sexse-hebs-qetimkan-tedbiri-secilib-440145234.html
17 yaşlı qızı zorlamaqda təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçilib
17 yaşlı qızı zorlamaqda təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçilib
Sputnik Azərbaycan
Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan və yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu R.Gözəlov tərəfindən zorakılığa məruz... 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T19:43+0400
2022-03-14T19:43+0400
2022-03-14T19:43+0400
qız
cəmiyyət
zorlama
gəncə
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815804_714:614:2926:1858_1920x0_80_0_0_78370c778d5bdce2e5e6890fce176747.jpg
BAKI, 14 mart — Sputnik. Gəncə şəhərində sağlamlıq imkanları məhdud olan 17 yaşlı gənci zorlamaqda təqsirləndirilən Rəşid Gözəlovun barəsində həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan xəbər verir ki, hüquq mühafizə orqanlarından məlumat verilib.Bildirilib ki, Kəpəz Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.Qeyd edək ki, yeniyetmənin 17 yaşı var, zorakılıq hadisəsi ilə bağlı bu gün sosial şəbəkədə məlumat paylaşılıb və komitə dərhal əməliyyata keçib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Daha sonra R.Gözəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220311/qoca-qonsusunun-zorlayib-hamile-etdiyi-yeniyetmeden-xeber-var-440050035.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815804_598:583:2525:2029_1920x0_80_0_0_9523efcd7b93ff0f506d684ed9ac6a9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qız, zorlama, gəncə
17 yaşlı qızı zorlamaqda təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçilib
Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan və yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu R.Gözəlov tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı məlumat yayılmışdı.
BAKI, 14 mart — Sputnik. Gəncə şəhərində sağlamlıq imkanları məhdud olan 17 yaşlı gənci zorlamaqda təqsirləndirilən Rəşid Gözəlovun barəsində həbs qətimkan tədbiri seçilib. Sputnik Azərbaycan xəbər verir ki, hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Kəpəz Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.
Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb.
Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Qeyd edək ki, yeniyetmənin 17 yaşı var, zorakılıq hadisəsi ilə bağlı bu gün sosial şəbəkədə məlumat paylaşılıb və komitə dərhal əməliyyata keçib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Daha sonra R.Gözəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.