Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq

© Sputnik / Murad OrujovYol nişanı
Yol nişanı - Sputnik Azərbaycan, 1920, 13.03.2022
Abunə olmaq
Xocalı-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində yolların buz bağlayacağı gözlənilir.
BAKI, 13 mart - Sputnik. Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq.
Sputnik Azərbaycan bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Belə ki, martın 14-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Qorağan-Qax-Zaqatala magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 100-500 m-dək məhdudlaşacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Eyni hal Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Qazax-Uzuntala, Goranboy-Tərtər, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Lənkəran-Lerik, Masallı-Yardımlı, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində də müşahidə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0