Qeyri-adi gözəlliyə malik qadınların şəkilləri İçərişəhəri bəzədi – Foto
16:01 13.03.2022 (Yenilənib: 16:21 13.03.2022)
© Sputnik / Kemale Aliyevaİçərişəhərdə litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri
© Sputnik / Kemale Aliyeva
Abunə olmaq
Fırça ustası Edita Suxotskite təkcə qrafika rəssamı deyil, həm də fransız mahnılarının ifaçısı olduğu üçün onun əsərlərində musiqi və təsvirin vəhdətini müşahidə etmək olar.
BAKI, 13 mart — Sputnik. Bakının mərkəzindəki köhnə şəhər - İçəri şəhər litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri ilə bəzədilib. Fırça ustasının sərgisi FantazEU Mədəni İrs Festivalı çərçivəsində təşkil olunur. Rəsmlər açıq havada - Art Tower qalereyasının yanında nümayiş etdirilir.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakı sakinləri ilk dəfə olaraq Suxotskitenin əsərləri ilə bir neçə il bundan əvvəl tanış olublar. Rəssamın özü də dəfələrlə Bakıya gəlib, burada işləyib və Azərbaycana həsr olunmuş rəsmlər yaradıb.
© Sputnik / Kemale Aliyevaİçərişəhərdə litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri
İçərişəhərdə litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri
© Sputnik / Kemale Aliyeva
Sərginin təşkilatçıları bu dəfə Suxotskitenin böyük ölçüdə olan qadın obrazlarını, eləcə də Azərbaycanın xalq yazıçısı Kamal Abdullanın şeirlərindən təsirlənərək yaratdığı rəsmləri təqdim ediblər. Bu rəsmlər artıq bir çox ölkələrdə sərgilənib.
Məmmədovun fikrincə, rəssamın yazı texnikası qeyri-adi, üslubu mülayim və özünəməxsusdur:
“Rəsmin yaradılması prosesi orijinaldır - rəssam sink üzərində rəsm kəsir, onu qara boya ilə rəngləyir, sonra isə kağızda ottisk edir. Onun əsərləri daha çox perqamentə bənzəyir, çünki rəsmin süjeti qara boya ilə tünd süd rəngli vərəq üzərində təsvir olunur və sanki çoxdan yaradılmış kimi təəssürat yaradır. Bununla yanaşı, Suxotskite bəzən öz rəsmlərinə qırmızı və göy rənglər də əlavə edir”.
Edita Suxotskite təkcə qrafika rəssamı deyil, həm də fransız mahnılarının ifaçısı olduğu üçün onun əsərlərində musiqi və təsvirin vəhdətini müşahidə etmək olar.
© Sputnik / Kemale Aliyevaİçərişəhərdə litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri
İçərişəhərdə litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri
© Sputnik / Kemale Aliyeva
Rəssam öz qravüralarında bu və ya digər süjeti titrəyişli xətlərlə yaradır.
Edita detallara böyük əhəmiyyət verir. Onun bütün işləri aydın, təmiz cizgi üslubu ilə hazırlanır, buna görə də onların üzərində dəqiq bir rəsm, eskiz ifadəsi görünür.
Bakı sakinləri və paytaxtın qonaqları aprelin 30-dək rəssamın əsərlərindən zövq ala biləcəklər.
FantazEU Festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən 2018-ci ildən etibarən keçirilən “Fantaziya” Mədəni İrs Festivalının davamıdır. Festival bu il martın 1-dən 18-dək keçirilir.
Layihə Avropa və Azərbaycanın mədəni irsi arasında əlaqəni, Avropa mədəni irsinin müxtəlifliyini nümayiş etdirmək məqsədi daşıyır. FantazEU Avropa İttifaqı ölkələri - Almaniya, Belçika, Bolqarıstan, Çexiya, İsveç, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və Yunanıstanla tərəfdaşlıq əsasında təşkil olunub.
© Sputnik / Kemale Aliyevaİçərişəhərdə litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri
İçərişəhərdə litvalı rəssam Edita Suxotskitenin nadir əsərləri
© Sputnik / Kemale Aliyeva
Layihə çərçivəsində foto-sərgilər, ekspozisiyalar, konsertlər, ədəbi gecələr, seminarlar, filmlərin nümayişi və s. kimi tədbirlər keçirilir. Tədbirlər Beynəlxalq Muğam Mərkəzində, ADA Universitetində, Nizami Kino Mərkəzində, Bakı Kitab Mərkəzində, Art Tower Qalereyasında, Landmark və Biznes Mərkəzində baş tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.