https://sputnik.az/20220313/nfoqrafika-azerbaycana-rusiyanin-mir-odenis-sistemi-lazimdirmi-440050709.html
Azərbaycana Rusiyanın “Mir” ödəniş sistemi lazımdırmı?
Azərbaycana Rusiyanın “Mir” ödəniş sistemi lazımdırmı?
Sputnik Azərbaycan
Azərbaycanda “Mir” ödəniş sistemi kartlarının tətbiqi artıq bir neçə ildir ki, müzakirə olunur. 13.03.2022, Sputnik Azərbaycan
2022-03-13T08:02+0400
2022-03-13T08:02+0400
2022-03-13T23:24+0400
ödəmə
infoqrafika
ödəniş
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440030772_0:0:268:152_1920x0_80_0_0_1c033802a4f42bad96833e37bc92ab93.png
Sputnik Azərbaycan izləyicilər arasında sorğu keçirib və məlum olub ki, respondentlərin yarıdan çoxu Azərbaycanda “Mir” ödəniş sisteminin tətbiqini dəstəkləyir.Rusiyaya qarşı sanksiyalar ona gətirib çıxardı ki, bir çox Azərbaycan bankları rus rublu ilə əməliyyatlardan imtina etdilər. Bundan əlavə, Rusiya bank kartlarının sahibləri xaricdə, o cümlədən Azərbaycanda nağd pul çıxararkən bir sıra problemlərlə üzləşdilər.Belə olan halda sual yaranır ki, artıq bir sıra ölkələrdə uğurla fəaliyyət göstərən Rusiyanın “Mir” ödəniş sistemi Azərbaycana lazımdırmı? Belə ki, hazırda “Mir” kartından istifadə etməklə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Kipr, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanda nağd əməliyyatlar həyata keçirmək mümkündür.Əgər “Mir” - UnionPay (Çin ödəniş sistemi) bank kartı rəsmiləşdirilərsə, o zaman 180-dən çox ölkədə alış-veriş üçün ödəniş etmək mümkün olacaq.Azərbaycanda “Mir” ödəniş sistemi kartlarının tətbiqi artıq bir neçə ildir ki, müzakirə olunur. 2019-cu ilin iyul ayında “VTB Azərbaycan” Bankı bəyan etdi ki, “Mir” kartlarının istifadəyə verilməsi məsələsi Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılır.“Rusiya bazarında kart emissiyasının artdığını nəzərə alaraq və hər il 850 mindən çox rusiyalı turistin Azərbaycana səfər etdiyini nəzərə alaraq, Azərbaycanda da “Mir” kartlarına xidmət göstərilməsi zərurəti yaranıb”, - deyə “VTB Azərbaycan”ın idarə heyətinin sədri Yevgeni Kirin bir müddət əvvəl bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440030769_0:0:269:202_1920x0_80_0_0_921036983dc6f0621ad67aa2864f4fdc.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ödəmə, инфографика, ödəniş
ödəmə, инфографика, ödəniş
Azərbaycana Rusiyanın “Mir” ödəniş sistemi lazımdırmı?
08:02 13.03.2022 (Yenilənib: 23:24 13.03.2022) Azərbaycanda “Mir” ödəniş sistemi kartlarının tətbiqi artıq bir neçə ildir ki, müzakirə olunur.
Sputnik Azərbaycan izləyicilər arasında sorğu keçirib və məlum olub ki, respondentlərin yarıdan çoxu Azərbaycanda “Mir” ödəniş sisteminin tətbiqini dəstəkləyir.
Rusiyaya qarşı sanksiyalar ona gətirib çıxardı ki, bir çox Azərbaycan bankları rus rublu ilə əməliyyatlardan imtina etdilər. Bundan əlavə, Rusiya bank kartlarının sahibləri xaricdə, o cümlədən Azərbaycanda nağd pul çıxararkən bir sıra problemlərlə üzləşdilər.
Belə olan halda sual yaranır ki, artıq bir sıra ölkələrdə uğurla fəaliyyət göstərən Rusiyanın “Mir” ödəniş sistemi Azərbaycana lazımdırmı? Belə ki, hazırda “Mir” kartından istifadə etməklə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Kipr, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanda nağd əməliyyatlar həyata keçirmək mümkündür.
Əgər “Mir” - UnionPay (Çin ödəniş sistemi) bank kartı rəsmiləşdirilərsə, o zaman 180-dən çox ölkədə alış-veriş üçün ödəniş etmək mümkün olacaq.
Azərbaycanda “Mir” ödəniş sistemi kartlarının tətbiqi artıq bir neçə ildir ki, müzakirə olunur. 2019-cu ilin iyul ayında “VTB Azərbaycan” Bankı bəyan etdi ki, “Mir” kartlarının istifadəyə verilməsi məsələsi Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılır.
“Rusiya bazarında kart emissiyasının artdığını nəzərə alaraq və hər il 850 mindən çox rusiyalı turistin Azərbaycana səfər etdiyini nəzərə alaraq, Azərbaycanda da “Mir” kartlarına xidmət göstərilməsi zərurəti yaranıb”, - deyə “VTB Azərbaycan”ın idarə heyətinin sədri Yevgeni Kirin bir müddət əvvəl bildirib.