NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Pərviz Şahbazov: Siyasi münaqişələr neft-qaz bazarında qeyri-sabitliyə səbəb olub

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPərviz Şahbazov
Pərviz Şahbazov - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Pərviz Şahbazov
Abunə olmaq
Azərbaycanın Cənub Qaz Dəhlizinin genişlənməsinə dair uzun uzunmüddətli planı mövcuddur.
BAKI, 12 mart - Sputnik. “Prezident İlham Əliyevin Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə enerji məsələləri də müzakirə edilib”.
APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, enerji əməkdaşlığı bu görüşdə xüsusi yer alıb: “Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının bundan sonra da aktiv şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub. Ona görə biz də bu istiqamətdə işləyəcəyik”.
Azərbaycanın Cənub Qaz Dəhlizinin genişlənməsinə dair uzun uzunmüddətli planı mövcuddur və Cənub Qaz Dəhlizi uğurlu layihə olduğunu təsdiqləyib..
Nazir qeyd edib ki, Azərbaycanın qardaş ölkə Türkiyəni, həmçinin Avropanı qazla təmin etməyə qadirdir:
“Azərbaycanın nəhəng qaz ehtiyatları var. Xəzər dənizindəki yataqlarımızda 2,6 trilyon ehtiyatımız var. Bu özümüzü, Türkiyəni və Avropanı uzun zaman boyunca qaz ilə təmin etmək üçün yetərlidir”.
Nazir əlavə edib ki, Azərbaycan Türkiyə üçün qısa zamanda qaz nəqlinin həcmini artırmasını Avropa üçün də eyni qaydada edə bilməz, bunun üçün tərəflər danışıqlar aparmalıdırlar.
O bildirib ki, CQD vasitəsilə Türkiyə və bir sıra Avropa ölkələrinə qaz nəql olunur ki, onun da həcmi qarşıdakı dövrdə artacaq.
Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycanın Xəzər dənizində nəhəng qaz yataqları var və infrastruktur hazırdır.
"Şirkətlər Azərbaycanla energetika sahəsində əməkdaşlığa çox böyük maraq göstərir", - nazir əlavə edib.
Nazir onu da qeyd edib ki, siyasi münaqişələr neft-qaz bazarında qeyri-sabitliyə səbəb olub.
Antalya Diplomatiya Forumu 11-13 mart aralığında davam edəcək
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0