Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nazir: “Ümid edirik ki, yeni sənədi qəbul etmək Ermənistan üçün asan olacaq”

© Photo : MFA AzerbaijanAzərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
Ceyhun Bayramov Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının zəruriliyini vurğulayıb.
BAKI, 12 mart - Sputnik. "Dağlıq Qarabağ ən uzun müddətli münaqişələrdən biri olub".
APA bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.
Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə aparılan danışıqlar heç bir nəticə verməyib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində torpaqları işğaldan azad edib.
Ceyhun Bayramov Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının zəruriliyini vurğulayıb.
"Baxın, bizim qonşu Gürcüstanla yaxşı və strateji münasibətlərimiz var. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsi üzərində çalışmağa hazırıq. Biz daha sadələşdirilmiş baza sənədi imzalamaq üçün təklifler irəli sürdük. Biz ümid edirik ki, Ermənistan üçün qəbul etmək daha asan olacaq və bu normallaşma mövzusunda əhəmiyyətli addım olacaq".
XİN başçısı qeyd edib ki, Azərbaycan kommunikasiyaların açılmasını da təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 12.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan Ermənistana 5 maddəlik yeni təklif təqdim edib - Bayramov
Xəbər lenti
0