https://sputnik.az/20220312/nazir-azerbaycan-ermeni-esilli-vetendaslarinin-huquqlarini-temin-etmekde-qetiyyetlidir-440095428.html
Nazir: Azərbaycan erməni əsilli vətəndaşlarının hüquqlarını təmin etməkdə qətiyyətlidir
Nazir: Azərbaycan erməni əsilli vətəndaşlarının hüquqlarını təmin etməkdə qətiyyətlidir
Sputnik Azərbaycan
Ceyhun Bayramov, Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib. 12.03.2022, Sputnik Azərbaycan
2022-03-12T20:42+0400
2022-03-12T20:42+0400
2022-03-12T20:42+0400
siyasət
xin
ceyhun bayramov
bmt
müzakirə
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_0:103:2000:1228_1920x0_80_0_0_5057ae7eef326926bc24fdf1787387c7.jpg
BAKI, 12 mart - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.Görüşdə Migel Angel Moratinos Azərbaycanda dinlərarası və sivilizasiyalararası dialoqa verilən əhəmiyyət, habelə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib, eyni zamanda Azərbaycan tərəfindən bu xüsusda atılan addımların əlamətdar və nümunəvi olduğunu bildirib. Özünün Azərbaycana müxtəlif vaxtlarda səfərlərini xatırlayan Migel Angel Moratinos ölkəmizə son səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini və oradakı dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb. Ölkəmizlə əməkdaşlığın növbəti mərhələdə möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə "Peace for Culture" təşəbbüsü çərçivəsində addımların atıldığını bildirən Migel Angel Moratinos, yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağı və bu xüsusda Nyu Yorkda xüsusi tədbirin keçiriləcəyini qeyd edib.Ceyhun Bayramov, Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib. Azərbaycanın multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu qeyd edib. Eyni zamanda, Ceyhun Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində yaşayan erməni əsilli vətəndaşların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar atmaqda qətiyyətli olduğunu bildirib.Post münaqişə dövründə, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin mühafizə və bərpası istiqamətində atılan addımlara toxunan nazir Ceyhun Bayramov, bu xüsusda işğaldan azad olunmuş ərazilərdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irs nümunələrinin qorunması, bərpası, habelə restavrasiyası istiqamətində beynəlxalq ekspert və qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb, həmçinin bunun Azərbaycanın sözügedən prosesdə nə qədər şəffaf və açıq olduğunu göstərdiyini bildirib.Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_114:0:1887:1330_1920x0_80_0_0_26edeb7bf7d835e64b865d9933d55136.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, ceyhun bayramov, bmt, müzakirə
xin, ceyhun bayramov, bmt, müzakirə
Nazir: Azərbaycan erməni əsilli vətəndaşlarının hüquqlarını təmin etməkdə qətiyyətlidir
Ceyhun Bayramov, Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib.
BAKI, 12 mart - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Görüşdə Migel Angel Moratinos Azərbaycanda dinlərarası və sivilizasiyalararası dialoqa verilən əhəmiyyət, habelə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib, eyni zamanda Azərbaycan tərəfindən bu xüsusda atılan addımların əlamətdar və nümunəvi olduğunu bildirib. Özünün Azərbaycana müxtəlif vaxtlarda səfərlərini xatırlayan Migel Angel Moratinos ölkəmizə son səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini və oradakı dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb. Ölkəmizlə əməkdaşlığın növbəti mərhələdə möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə "Peace for Culture" təşəbbüsü çərçivəsində addımların atıldığını bildirən Migel Angel Moratinos, yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağı və bu xüsusda Nyu Yorkda xüsusi tədbirin keçiriləcəyini qeyd edib.
Ceyhun Bayramov, Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib. Azərbaycanın multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu qeyd edib. Eyni zamanda, Ceyhun Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində yaşayan erməni əsilli vətəndaşların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar atmaqda qətiyyətli olduğunu bildirib.
Post münaqişə dövründə, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin mühafizə və bərpası istiqamətində atılan addımlara toxunan nazir Ceyhun Bayramov, bu xüsusda işğaldan azad olunmuş ərazilərdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irs nümunələrinin qorunması, bərpası, habelə restavrasiyası istiqamətində beynəlxalq ekspert və qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb, həmçinin bunun Azərbaycanın sözügedən prosesdə nə qədər şəffaf və açıq olduğunu göstərdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.