Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəlilabadda ağır yol qəzası - 5 nəfər ölüb, 3 nəfər yaralanıb

© AFP 2023 / JOEL SAGETQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
Qəza zamanı Xudaş Rəhimov, oğlu Samir Rəhimov və nəvəsi Jalə Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
BAKI, 12 mart - Sputnik. Cəlilabadda ağır yol qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, rayonun Şabanlı kənd sakini 1966-cı il təvəllüdlü Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn, rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Xudaş Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü də daxil olmaqla sərnişinləri - rayonun Şabanlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Şura İmanova, 1975-ci il təvəllüdlü Gülnarə Kərimova, 1978-ci il təvəllüdü Elçin Kərimov və 1995-ci il təvəllüdlü Gültəkin Şahbazova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Minik avtomobillərinin toqquşması zamanı "Mitsubishi" markalı avtomobildəki sürücü Xudaş Rəhimov, oğlu - 1984-cü il təvəllüdlü Samir Rəhimov və nəvəsi - 2006-cı il təvəllüdlü Jalə Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0