https://sputnik.az/20220312/cavusoglu-turkiye-ermenistan-munasibetlerinin-normallasmasindan-azerbaycan-memnundur-440088186.html
Çavuşoğlu: Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından Azərbaycan məmnundur
Çavuşoğlu: Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından Azərbaycan məmnundur
Sputnik Azərbaycan
Türkiyə XİN başçısı regionda sülhün və sabitliyin hamının xeyrinə olduğunu vurğulayıb. 12.03.2022, Sputnik Azərbaycan
2022-03-12T17:11+0400
2022-03-12T17:11+0400
2022-03-12T18:20+0400
siyasət
mövlud çavuşoğlu
ararat mirzoyan
antalya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964937_0:0:2995:1685_1920x0_80_0_0_6b749ac60a633ab7e4a28eeb0886b585.jpg
BAKI, 12 mart - Sputnik. Dəvətimizi qəbul edib Antalya Diplomatiya Forumuna qatıldığı üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təşəkkür edirəm.APA xəbər verir ki, bunu erməni həmkarı ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Antalya Diplomatiya Forumu hər kəs üçün açıq bir platformadır."Görüşümüz son dərəcə məhsuldar və konstruktiv oldu. Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik", - nazir qeyd edib.Çavuşoğlu həmçinin Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərdiklərini deyib."Bu istiqamətdə səylərimizə hər tərəfdən dəstək görürük. Xüsusən Türkiyə və Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Bu yaxınlarda Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. Regionda sülh və sabitlik hamının xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik", - nazir qeyd edib.“Hər iki tərəf də münasibətlərin normallaşması üçün səy göstərir”.Bunu isə türkiyəli həmkarı ilə görüşdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib."Biz regionda sülh və sabitliyin olmasında maraqlıyıq", - erməni nazir vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964937_64:0:2795:2048_1920x0_80_0_0_a881529b0086d334507fa908978e6a68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, ararat mirzoyan, antalya
mövlud çavuşoğlu, ararat mirzoyan, antalya
Çavuşoğlu: Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından Azərbaycan məmnundur
17:11 12.03.2022 (Yenilənib: 18:20 12.03.2022) Türkiyə XİN başçısı regionda sülhün və sabitliyin hamının xeyrinə olduğunu vurğulayıb.
BAKI, 12 mart - Sputnik. Dəvətimizi qəbul edib Antalya Diplomatiya Forumuna qatıldığı üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təşəkkür edirəm.
APA xəbər verir ki, bunu erməni həmkarı ilə görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Antalya Diplomatiya Forumu hər kəs üçün açıq bir platformadır.
"Görüşümüz son dərəcə məhsuldar və konstruktiv oldu. Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik", - nazir qeyd edib.
Çavuşoğlu həmçinin Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərdiklərini deyib.
"Bu istiqamətdə səylərimizə hər tərəfdən dəstək görürük. Xüsusən Türkiyə və Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Bu yaxınlarda Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. Regionda sülh və sabitlik hamının xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik", - nazir qeyd edib.
“Hər iki tərəf də münasibətlərin normallaşması üçün səy göstərir”.
Bunu isə türkiyəli həmkarı ilə görüşdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.
"Biz regionda sülh və sabitliyin olmasında maraqlıyıq", - erməni nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.