Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı Novruz bayramına hazırlaşır - FOTO

© Photo : Baku City Executive PowerBakıda iməclik
Bakıda iməclik - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
İməclik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektləri vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.
BAKI, 12 mart - Sputnik. Novruz Bayramı ərəfəsində paytaxt Bakı şəhərində genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, bu gün İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi və digər qurumların iştirakı ilə təmizlik və abadlıqla bağlı geniş iməclik keçirilib.
İməclik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektləri vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına 100 ədəd yeni gül dibçəkləri qoyulub. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı fərdi sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.
© Photo : Baku City Executive Power

Bakıda iməclik

Bakıda iməclik - Sputnik Azərbaycan
1/5

Bakıda iməclik

© Photo : Baku City Executive Power

Bakıda iməclik

Bakıda iməclik - Sputnik Azərbaycan
2/5

Bakıda iməclik

© Photo : Baku City Executive Power

Bakıda iməclik

Bakıda iməclik - Sputnik Azərbaycan
3/5

Bakıda iməclik

© Photo : Baku City Executive Power

Bakıda iməclik

Bakıda iməclik - Sputnik Azərbaycan
4/5

Bakıda iməclik

© Photo : Baku City Executive Power

Bakıda iməclik

Bakıda iməclik - Sputnik Azərbaycan
5/5

Bakıda iməclik

1/5

Bakıda iməclik

2/5

Bakıda iməclik

3/5

Bakıda iməclik

4/5

Bakıda iməclik

5/5

Bakıda iməclik

Novruz Bayramı ilə əlaqədar bütün xidmət vitrinlərinin, obyektlərin qarşısının bayram atributları ilə bəzədilməsi, tərtibat işlərinin görülməsi və insanlarda bayran ab-havası yaradılması işlərinə başlanılıb və bu işlərə özəl sektor nümayəndələri də qoşulub.
İməclikdə yol kənarlarında yeni gül və kolların əkilməsi, mövcud ağaclara qulluq göstərilməsi, şam ağaclarının, səki, məhəccər, bordyurların, işıq dirəklərinin yuyularaq təmizlənməsi həyata keçirilib.
Ticarət və Xidmət Departamenti fərdi sahibkarlar və özəl sektor nümayəndələrini fəaliyyət göstərdikləri obyektlərin qarsısında yaradılan təmizliyi qorumaq və əkilən güllərə, kollara, quraşdırılan dibçəklərdəki güllərə mütəmadi qulluq göstərərək şəhərimizin daha da gözəlləşməsinə öz töhfələrini verməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xonça - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Mətbuat mərkəzi
İstehlak bazarında vəziyyət və Novruz səbəti
Xəbər lenti
0