Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

İstehlak bazarında vəziyyət və Novruz səbəti

© Sputnik / Irade JELILXonça
Xonça - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Ekspertlər ən çox tələb olunan mal növlərinin qiymətlərinin bahalaşması ilə bağlı xoşagəlməz mənzərəni qeyd edirlər ki, bu da Novruzun istehlak səbətinə mənfi təsir göstərir.
BAKI, 10 mart — Sputnik. Hər il martın 15-də beynəlxalq ictimaiyyət Ümumdünya İstehlakçı Hüquqları Günü və ya Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününü qeyd edir. Belə ki, hər il martın bu günlərində Novruz bayramına hazırlıqla bağlı bayram öncəsi ajiotaj müşahidə olunur.
Bu il hər iki hadisə ərzaq və istehlak mallarının dünya bazarında görünməmiş qiymət artımı ilə üst-üstə düşür. Bu fonda ekspertlər ən çox tələb olunan mal növlərinin qiymətlərinin bahalaşması ilə bağlı xoşagəlməz mənzərəni qeyd edirlər ki, bu da Novruzun istehlak səbətinə mənfi təsir göstərir.
Azərbaycanda əsas istehlak mallarının hansı dinamika gözlədiyi, 2022-ci ildə Novruz istehlak səbətinin necə göründüyü, istehlak bazarında mövcud problemlər və onların həlli yolları barədə 15 mart saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynov məlumat verəcək.
Tədbir iştirakçısına suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın “Facebook” səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0