https://sputnik.az/20220312/azerbaycanda-uc-bankin-emlaki-herraca-cixarildi-440083213.html
Azərbaycanda üç bankın əmlakı hərraca çıxarıldı
Azərbaycanda üç bankın əmlakı hərraca çıxarıldı
Sputnik Azərbaycan
Ləğv prosesində olan 3 bankın əmlakı hərraca çıxarılıb. 12.03.2022, Sputnik Azərbaycan
2022-03-12T10:20+0400
2022-03-12T10:20+0400
2022-03-12T10:42+0400
iqtisadiyyat
bank
ləğv
hərrac
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 12 mart - Sputnik. Martın 30-da"Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “NBCBank”, "AG Bank" və "Dəmirbank" ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.Report xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.Söhbət “NBCBank”a məxsus 1 ədəd "NCR 6687 recycle" markalı bankomatdan, "AG Bank"a məxsus 1 ədəd "Wincor Nixdorf CİNEO C2560" markalı bankomatdan və Xaçmaz rayonu, Dalğalı qəsəbəsindəki 0,10 hektarlıq qeyri- yaşayış sahəsindən və "Dəmirbank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsindəki 58,6 kv.metrlik yaşayış sahəsindən gedir. Əmlaklara müvafiq olaraq 20 min manat, 29,5 min manat, 38,25 min manat və 65 min manat qiymət qoyulub.Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixili qərarı ilə “AGBank” və “NBCBank”ın lisenziyaları ləğv edilib. Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank”ın lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bank, ləğv, hərrac
Azərbaycanda üç bankın əmlakı hərraca çıxarıldı
10:20 12.03.2022 (Yenilənib: 10:42 12.03.2022) Ləğv prosesində olan 3 bankın əmlakı hərraca çıxarılıb.
BAKI, 12 mart - Sputnik. Martın 30-da"Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “NBCBank”, "AG Bank" və "Dəmirbank" ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Report xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Söhbət “NBCBank”a məxsus 1 ədəd "NCR 6687 recycle" markalı bankomatdan, "AG Bank"a məxsus 1 ədəd "Wincor Nixdorf CİNEO C2560" markalı bankomatdan və Xaçmaz rayonu, Dalğalı qəsəbəsindəki 0,10 hektarlıq qeyri- yaşayış sahəsindən və "Dəmirbank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsindəki 58,6 kv.metrlik yaşayış sahəsindən gedir. Əmlaklara müvafiq olaraq 20 min manat, 29,5 min manat, 38,25 min manat və 65 min manat qiymət qoyulub.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixili qərarı ilə “AGBank” və “NBCBank”ın lisenziyaları ləğv edilib. Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank”ın lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.