https://sputnik.az/20220311/rustem-brahimbeyov-vefat-edib--vdeo-440065552.html
Rüstəm İbrahimbəyov vəfat edib -VİDEO
Rüstəm İbrahimbəyov vəfat edib -VİDEO
Sputnik Azərbaycan
Rüstəm İbrahimbəyov Azərbaycan kinodramaturqu, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq yazıçısıdır, Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimi olub. 11.03.2022, Sputnik Azərbaycan
2022-03-11T16:45+0400
2022-03-11T16:45+0400
2022-03-11T16:46+0400
rüstəm ibrahimbəyov
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42064/38/420643848_0:0:2001:1125_1920x0_80_0_0_d36113b38555d8257ab2dab895217f4e.jpg
BAKI, 11 mart — Sputnik. Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, R.İbrahimbəyov Azərbaycanda və keçmiş postsovet məkanında peşəkar ssenari müəllifi, dramaturq və rejissor kimi məşhur olub.Qeyd edək ki, onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. Onun "Urqa - məhəbbət dairəsi" əsəri Nikita Mixalkov tərəfindən ekranlaşdırılmış, ABŞ-da "Cənnətə bağlı" adıyla tanınmışdı. Film Venesiya Film Festivalının Qızıl Şir Mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks Mükafatı"na layiq görülmüşdü. Bu film hətta ən yaxşı xarici dildə tərcüməyə görə, 1992-ci ildə "Amerika Film"də Akademiya Mükafatına layiq görülmüşdü. Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filminə görə "Ən yaxşı xarici dilli film" kimi Akademiya Mükafatı, Jurinin Böyük Prizi təqdim olunmuşdu. Həmin film 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Akademiya Mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalına layiq görülüb.Daha bir filmin ssenari müəllifi olduğu "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılmışdı.Onu da qeyd edək ki, Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının ssenari müəllifi olub. Dramaturqun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi ən populyar filmidir. Rüstəm İbrahimbəyov, həmçinin, dünyanın 100 teatrında səhnələşdirilən 15 pyesin müəllifidir: "Bağlı qapı arxasında qadın", "Kaliforniyada dəfn", "Qumda ev" , "Şirə oxşayan" və s.Rüstəm İbrahimbəyov Filmmeykerlər İttifaqı Konfederasiyasının sədri, Rusiya Filmmeykerlər İttifaqının katibi, Avropa Film Akademiyasının və Kinofilm Yaradıcılığı Akademiyası və Elmi təşkilatının üzvü olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42064/38/420643848_74:0:1847:1330_1920x0_80_0_0_43541f91375657119fc60d7a818e2bbd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rüstəm ibrahimbəyov
Rüstəm İbrahimbəyov vəfat edib -VİDEO
16:45 11.03.2022 (Yenilənib: 16:46 11.03.2022) Rüstəm İbrahimbəyov Azərbaycan kinodramaturqu, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq yazıçısıdır, Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimi olub.
BAKI, 11 mart — Sputnik. Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, R.İbrahimbəyov Azərbaycanda və keçmiş postsovet məkanında peşəkar ssenari müəllifi, dramaturq və rejissor kimi məşhur olub.
Qeyd edək ki, onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. Onun "Urqa - məhəbbət dairəsi" əsəri Nikita Mixalkov tərəfindən ekranlaşdırılmış, ABŞ-da "Cənnətə bağlı" adıyla tanınmışdı. Film Venesiya Film Festivalının Qızıl Şir Mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks Mükafatı"na layiq görülmüşdü. Bu film hətta ən yaxşı xarici dildə tərcüməyə görə, 1992-ci ildə "Amerika Film"də Akademiya Mükafatına layiq görülmüşdü. Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filminə görə "Ən yaxşı xarici dilli film" kimi Akademiya Mükafatı, Jurinin Böyük Prizi təqdim olunmuşdu. Həmin film 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Akademiya Mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalına layiq görülüb.
Daha bir filmin ssenari müəllifi olduğu "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılmışdı.
Onu da qeyd edək ki, Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının ssenari müəllifi olub. Dramaturqun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi ən populyar filmidir. Rüstəm İbrahimbəyov, həmçinin, dünyanın 100 teatrında səhnələşdirilən 15 pyesin müəllifidir: "Bağlı qapı arxasında qadın", "Kaliforniyada dəfn", "Qumda ev" , "Şirə oxşayan" və s.
Rüstəm İbrahimbəyov Filmmeykerlər İttifaqı Konfederasiyasının sədri, Rusiya Filmmeykerlər İttifaqının katibi, Avropa Film Akademiyasının və Kinofilm Yaradıcılığı Akademiyası və Elmi təşkilatının üzvü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.