https://sputnik.az/20220311/ran-xn-bascisi-amerikalilarin-teklifini-mentiqsiz-adlandirib-440043899.html
İran XİN başçısı amerikalıların təklifini məntiqsiz adlandırıb
İran XİN başçısı amerikalıların təklifini məntiqsiz adlandırıb
Sputnik Azərbaycan
Amerikalıların bəzi yeni təklifləri heç bir məntiqi əsasa malik deyil və bu, ölkənin nüvə sazişi üzrə razılığına ziddir 11.03.2022, Sputnik Azərbaycan
2022-03-11T06:15+0400
2022-03-11T06:15+0400
2022-03-11T06:15+0400
dünya xəbərləri
iran
beynəlxalq atom enerjisi agentliyi
beynəlxalq atom agentliyi
əmir abdullahiyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032160_0:160:3072:1888_1920x0_80_0_0_e262f47c76a2d5513e4731dca0ede81c.jpg
BAKI, 11 mart - Sputnik. Amerika tərəfinin nüvə sazişi ilə bağlı irəli sürdüyü bir sıra yeni təkliflərin heç bir məntiqi əsası yoxdur.Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İtifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon danışığı zamanı deyib.“Amerikalıların bəzi yeni təklifləri heç bir məntiqi əsasa malik deyil və bu, ölkənin nüvə sazişi üzrə razılığına ziddir”, - deyə İran Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.Əmir Abdullahiyanın sözlərinə görə, İran tərəfi hər zaman bu məsələdə təzyiqlə üzləşib.Qeyd edək ki, hələ ötən ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Tehrana növbəti səfəri zamanı İran nümayəndələri ilə danışıqları nəticəsiz adlandırıb. "2021-ci ilin noyabrın 23-də Tehranda İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əslami və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşlərim olub. Bütün səylərimə baxmayaraq, iki hesabatda təfərrüatlı izah olunan İranın zəmanətləri ilə bağlı həll olunmamış məsələlərin müzakirəsi və geniş danışıqlar nəticə verməyib", - deyə Qrossi BAEA Rəhbərlər Şurası qarşısında çıxış edərkən bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032160_171:0:2902:2048_1920x0_80_0_0_0045a8c7b4dc8b1eb63b22012084c99e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, beynəlxalq atom enerjisi agentliyi, beynəlxalq atom agentliyi, əmir abdullahiyan
iran, beynəlxalq atom enerjisi agentliyi, beynəlxalq atom agentliyi, əmir abdullahiyan
İran XİN başçısı amerikalıların təklifini məntiqsiz adlandırıb
Amerikalıların bəzi yeni təklifləri heç bir məntiqi əsasa malik deyil və bu, ölkənin nüvə sazişi üzrə razılığına ziddir
BAKI, 11 mart - Sputnik. Amerika tərəfinin nüvə sazişi ilə bağlı irəli sürdüyü bir sıra yeni təkliflərin heç bir məntiqi əsası yoxdur.
Bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İtifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə telefon danışığı zamanı deyib.
“Amerikalıların bəzi yeni təklifləri heç bir məntiqi əsasa malik deyil və bu, ölkənin nüvə sazişi üzrə razılığına ziddir”, - deyə İran Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Əmir Abdullahiyanın sözlərinə görə, İran tərəfi hər zaman bu məsələdə təzyiqlə üzləşib.
Qeyd edək ki, hələ ötən ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Tehrana növbəti səfəri zamanı İran nümayəndələri ilə danışıqları nəticəsiz adlandırıb.
"2021-ci ilin noyabrın 23-də Tehranda İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əslami və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşlərim olub. Bütün səylərimə baxmayaraq, iki hesabatda təfərrüatlı izah olunan İranın zəmanətləri ilə bağlı həll olunmamış məsələlərin müzakirəsi və geniş danışıqlar nəticə verməyib", - deyə Qrossi BAEA Rəhbərlər Şurası qarşısında çıxış edərkən bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.