Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MN: Azərbaycan ordusunun mövqeləri 5 istiqamətdən atəşə tutulub

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Ordumuzun mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.
BAKI, 11 mart - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi 5 istiqamətdə Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirib.
Martın 10-u saat 19:45-dən 11 mart saat 08:35-dək Füzuli, Xocavənd, Ağdam və Xocalı istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri atəşə tutulub.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəş açılıb.
Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Azərbaycan tərəfi adekvat cavab tədbirləri görüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
***
MN: Ötən gecə Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
***
Müdafiə Nazirliyinini ötən gün yaydığı məlumata görə martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0