SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Mirzoyanla Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsini müzakirə edib

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Mirzoyan və Lavrov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunublar.
BAKI, 11 mart - Sputnik. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mirzoyan və Lavrov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunublar.
Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesini də müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirləri həmçinin Ermənistan-Rusiya əməkdaşlığının bir sıra məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, 10 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.
Azərbaycan XİN-in yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.
Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0