QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev Azərbaycan, Türkiyə və Ermənistan XİN rəhbərlərinin mümkün görüşü barədə

© Sputnik / Murad OrudjevPrezidentin köməkçisi - Hikmət Hacıyev
Prezidentin köməkçisi - Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Prezidentin köməkçisi deyib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi fikri var.
BAKI, 11 mart - Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü baş tuta bilər.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-nın “Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilərmi?” sualına cavabında deyib.
Prezidentin köməkçisi deyib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan XİN başçıları görüşünün keçirilməsi fikri var.
“Belə bir fikir var, biz bunu dəstəkləyirik. Ermənistan da buna hazır olsa, Azərbaycan belə bir görüşə istənilən formatda, istənilən çərçivədə hər zaman hazırdır”, - Hikmət Hacıyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb - Sputnik Azərbaycan, 1920, 11.03.2022
SİYASƏT
Bölgədə güc nisbəti dəyişir: İlham Əliyevin Türkiyə səfərinin nəticələri nə vəd edir?
Xəbər lenti
0