Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Baramaçılara şad xəbər - qiymət artırıldı

© Sputnik / Ilham MustafayevBarama qurdları
Barama qurdları - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Nazir bildirib ki, “Azəripək” MMC də öz tərəfindən fermerlərə yaş baramanın hər kiloqramı üçün 4 manat əvəzinə 5 manat ödəməyə razılaşıb.
BAKI, 11 mart — Sputnik. Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Sputnik Azərbaycan-ın regional müxbirinin verdiyi xəbərə görə, müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov da iştirak edib. Nazir bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
© Sputnik / İbrahim HashimovTəqdimat zamanı
Təqdimat zamanı - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Təqdimat zamanı
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
İnam Kərimov qeyd edib ki, bu ildən baramaçılara ödənən subsidiya arırılacaq.
© Sputnik / İbrahim HashimovTəqdimat zamanı
Təqdimat zamanı - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Təqdimat zamanı
“Baramaçılıq dövlət dəstəyi ilə əhatə olunan və dövlət tərəfindən subsidiyalaşdırılan sahələrdən biridir. Cənab prezidentin müvafiq sərəncəmına əsasən, bu il subsidiya fermerlərə dəstək tədbirlərinin artırılması üçün 5 manatdan 6 manata qaldırılıb".
© Sputnik / İbrahim HashimovTəqdimat zamanı
Təqdimat zamanı - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Təqdimat zamanı
Daha sonra nazir bildirib ki, “Azəripək” MMC də öz tərəfindən fermerlərə yaş baramanın hər kiloqramı üçün 4 manat əvəzinə 5 manat ödəməyə razılaşıb:
"Beləliklə, artıq bu ildən etibarən fermerlərimiz baramanın hər kiloqramına görə ümumilikdə 9 manat yox, 11 manat alacaqlar”, - deyə nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Barama qurdunu bəsləmək olduqca səbir tələb edən işdir - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Baramaçılıq və ipəkçilik sahəsində yeni dövlət standartı təsdiq edilib
Xəbər lenti
0