CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda tapança satmaq istədi, amma...

© Sputnik / Irade JELILTapança
Tapança - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd "Beretta" markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd patron aşkar edilərək götürülüb
BAKI, 11 mart — Sputnik. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bölməyə paytaxt sakini əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd "Beretta" markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.
21-ci Polis Böməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Hamilə qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
CƏMİYYƏT
Analar, valideynlər, övladlarınızı daim nəzarətdə saxlayın! - Dövlət Komitəsi çağırış etdi
Xəbər lenti
0