NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti ucuzlaşmağa davam edir

© AP Photo / Sunday AlambaNeftlə dolu çəlləklər
Neftlə dolu çəlləklər - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Ukrayna ətrafında baş verən hadisələr dünya bazarlarında neftin qiymətlərinə təsir göstərir.
BAKI, 11 mart — Sputnik. Azərbaycan neftinin qiyməti yenə ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 8,56 dollar azalaraq 118,56 dollar olub.
Dünya birjalarında neft qiymətləri aşağı düşüb
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,55 dollar azalaraq 108,78 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar ucuzlaşaraq 105,88 dollar olub.
Qeyd edək ki, Ukrayna ətrafında baş verən hadisələr dünya bazarlarında neftin qiymətlərinə təsir göstərir. Kəskin bahalaşan neft son 2 gündə ucuzlaşmağa başlayıb. ABŞ dollarının möhkəmlənməsi də neftin bahalaşmasına mane olur.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0