https://sputnik.az/20220310/sahibe-qafarova-qarabag-munaqisesi-artiq-tarixe-qovusub-440026177.html
Sahibə Qafarova: Qarabağ münaqişəsi artıq tarixə qovuşub
Sahibə Qafarova: Qarabağ münaqişəsi artıq tarixə qovuşub
Sputnik Azərbaycan
Milli Məclisin sədri Gürcüstanın ədliyyə naziri ilə görüşüb. Nazir Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb 10.03.2022, Sputnik Azərbaycan
2022-03-10T18:00+0400
2022-03-10T18:00+0400
2022-03-10T18:19+0400
sahibə qafarova
azərbaycan xəbərləri
milli məclis
qarabağ münaqişəsi
https://cdnn1.img.sputnik.az/img/42336/73/423367305_0:0:981:552_1920x0_80_0_0_74a4e4e9678fb29596e93cc65e67383b.jpg
BAKI, 10 mart — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova martın 10-da ölkəmizdə səfərdə olan Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşüb.Parlamentdən Sputnik Azərbaycan-a bildiriblər ki, spiker gürcüstanlı naziri və nümayəndə heyətini salamlayaraq bildirib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin yaranmasının 30-cu ildönümünü qeyd edəcəyik.Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətləri bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu hüquqi bazanın daha da genişləndirilməsi üçün daha geniş imkanlar var. Bu gün iki ölkənin Ədliyyə Nazirlikləri arasında imzalanmış memorandum da əməkdaşlığımızın daha da inkişafına töhfədir.Spiker həmçinin bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib.Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Təsadüfi deyil ki, həmin əraziləri 21-ci əsrin Xirosiması adlandırırlar.Sahibə Qafarova diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan təmizləyir, bərpa edir. Burada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması bütün regionun inkişafına və çiçəklənməsinə böyük töhfə verəcək.Gürcüstanın ədliyyə naziri Rati Breqadze Azərbaycan haqqında təəssüratlarını bölüşüb, belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən gürcüstanlı nazir parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. Nazir Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.Söhbət zamanı Rati Breqadze iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı, diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42336/73/423367305_75:0:967:669_1920x0_80_0_0_ea5025f81f49a361aff24d413c797598.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, milli məclis, qarabağ münaqişəsi
sahibə qafarova, milli məclis, qarabağ münaqişəsi
Sahibə Qafarova: Qarabağ münaqişəsi artıq tarixə qovuşub
18:00 10.03.2022 (Yenilənib: 18:19 10.03.2022) Milli Məclisin sədri Gürcüstanın ədliyyə naziri ilə görüşüb. Nazir Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb
BAKI, 10 mart — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova martın 10-da ölkəmizdə səfərdə olan Gürcüstanın ədliyyə naziri Rati Breqadze ilə görüşüb.
Parlamentdən Sputnik Azərbaycan-a bildiriblər ki, spiker gürcüstanlı naziri və nümayəndə heyətini salamlayaraq bildirib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin yaranmasının 30-cu ildönümünü qeyd edəcəyik.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətləri bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu hüquqi bazanın daha da genişləndirilməsi üçün daha geniş imkanlar var. Bu gün iki ölkənin Ədliyyə Nazirlikləri arasında imzalanmış memorandum da əməkdaşlığımızın daha da inkişafına töhfədir.
Spiker həmçinin bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.
İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib.
Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Təsadüfi deyil ki, həmin əraziləri 21-ci əsrin Xirosiması adlandırırlar.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan təmizləyir, bərpa edir. Burada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması bütün regionun inkişafına və çiçəklənməsinə böyük töhfə verəcək.
Gürcüstanın ədliyyə naziri Rati Breqadze Azərbaycan haqqında təəssüratlarını bölüşüb, belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən gürcüstanlı nazir parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. Nazir Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı Rati Breqadze iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı, diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.