https://sputnik.az/20220310/putin-rusiyaya-qarsi-sanksiyalar-kompleks-xarakter-dasiyir-440038716.html
Putin: Rusiyaya qarşı sanksiyalar kompleks xarakter daşıyır
Putin: Rusiyaya qarşı sanksiyalar kompleks xarakter daşıyır
Sputnik Azərbaycan
Rusiya prezidenti əmindir ki, hökumət üzvlərinin, aparıcı şirkətlərin sayəsində bütün çətinliklərin öhdəsindən gələcəklər. 10.03.2022, Sputnik Azərbaycan
2022-03-10T21:45+0400
2022-03-10T21:45+0400
2022-03-11T10:05+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
sanksiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440036376_0:154:3095:1894_1920x0_80_0_0_9b180e5f0088592799e7367bbbd6543d.jpg
BAKI, 10 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin onun ölkəsinə qarşı təzyiq xarakterli sanksiyaların kompleks xarakter daşıdığını deyib. “İndi sanksiya təzyiqi kompleks xarakter daşıyır və Rusiya üçün müəyyən problemlər yaradır. Lakin biz əvvəlki illərdə çətinlikləri dəf etdiyimiz kimi, indi də onların öhdəsindən gələcəyik. Biz bu dövrü keçməliyik”, - deyə Putin hökumətin iclasında bildirib. Prezident qeyd edib ki, Rusiya iqtisadiyyatı yeni vəziyyətə uyğunlaşır. “Biz bütün sahələrdə idxalın əvəzlənməsini davam etdirəcəyik. Əminəm ki, hökumət üzvlərinin, aparıcı şirkətlərimizin sayəsində biz bütün çətinliklərin öhdəsindən gələcəyik”, - o, əlavə edib. Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar nəticəsində Aİ və NATO üzvü olan dövlətlər ona qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə başlayıb. Sanksiyalara dünyanın digər regionlarından olan ölkələr də qoşulub. Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Putin enerji daşıyıcılarının nəqli, ABŞ-da neft məhsullarının qiyməti və qapanma barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440036376_181:0:2912:2048_1920x0_80_0_0_f6c9cc4893077a476df45099dec2bfc9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, sanksiya
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, sanksiya
Putin: Rusiyaya qarşı sanksiyalar kompleks xarakter daşıyır
21:45 10.03.2022 (Yenilənib: 10:05 11.03.2022) Rusiya prezidenti əmindir ki, hökumət üzvlərinin, aparıcı şirkətlərin sayəsində bütün çətinliklərin öhdəsindən gələcəklər.
BAKI, 10 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin onun ölkəsinə qarşı təzyiq xarakterli sanksiyaların kompleks xarakter daşıdığını deyib.
“İndi sanksiya təzyiqi kompleks xarakter daşıyır və Rusiya üçün müəyyən problemlər yaradır. Lakin biz əvvəlki illərdə çətinlikləri dəf etdiyimiz kimi, indi də onların öhdəsindən gələcəyik. Biz bu dövrü keçməliyik”, - deyə Putin hökumətin iclasında bildirib.
Prezident qeyd edib ki, Rusiya iqtisadiyyatı yeni vəziyyətə uyğunlaşır.
“Biz bütün sahələrdə idxalın əvəzlənməsini davam etdirəcəyik. Əminəm ki, hökumət üzvlərinin, aparıcı şirkətlərimizin sayəsində biz bütün çətinliklərin öhdəsindən gələcəyik”, - o, əlavə edib.
Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar nəticəsində Aİ və NATO üzvü olan dövlətlər ona qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə başlayıb. Sanksiyalara dünyanın digər regionlarından olan ölkələr də qoşulub.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.