Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin enerji daşıyıcılarının nəqli, ABŞ-da neft məhsullarının qiyməti və qapanma barədə

© Sputnik / Алексей Никольский / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Rusiya Prezidenti ölkəsinin heç kimdən qapanmaq fikrində olmadığını deyib.
BAKI, 10 mart - Sputnik. RF enerji daşıyıcılarının Avropaya və digər bölgələrə tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətin iclasında bildirib.
"Ukraynanın qaz nəqli sistemi Rusiya ilə Avropa arasında qaz tədarükü üzrə müqavilələrə əsasən tam yüklənmiş vəziyyətdədir", - Putin deyib.
O qeyd edib ki, ABŞ-da neft məhsullarının qiymətinin artması Rusiyadan neft idxalına qadağa ilə əlaqəli deyil, "əhalini sadəcə aldadırlar".
"İndiki vəziyyətdə mallara tələbat artır, lakin Rusiya hakimiyyəti bütün məsələləri həll edəcək... Rusiya sanksiyalara qoşulmayan tərəfdaşları ilə birlikdə bütün problemlərin həlli yolunu tapacaq" - Putin vurğulayıb.
Prezident həmçinin Rusiyanın heç kimdən qapanmaq fikrində olmadığını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0