Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə yola düşüb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Bundan öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyini demişdi.
BAKI, 10 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə yola düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
Qeyd edək ki, bundan öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yerli administrasiyaların bir qrup qadın rəhbəri ilə görüşündə deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
O, İsrail prezidenti Yitzhak Hersoqun martın 9-da Türkiyəyə səfər edəcəyini də xatırladıb.
Ərdoğan görüşdə Ukraynadakı vəziyyətə toxunaraq, bu məsələni 20-dən çox ölkə rəhbəri ilə müzakirə etdiyini qeyd edib.
Türkiyə lideri bildirib ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam edəcək.
Xatırladaq ki, bundan əvvəl, martın 4-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda olub, həmkarı Bayramov və Azərbaycan lideri İlham Əliyevlə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 Совместный российско-турецкий мониторинговый центр в Агдаме - Sputnik Azərbaycan, 1920, 07.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Türkiyə Ukraynada atəşkəs təşəbbüsləri üzərində işləməyə davam edəcək
Xəbər lenti
0