Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

© AR Ministry of EducationŞagirdlər, arxiv şəkli
Şagirdlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına xidmət edir.
BAKI, 10 mart — Sputnik. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Xatırladaq ki, ötən ilin noyabrın 10-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilmişdi.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qumral xanım - Sputnik Azərbaycan, 1920, 08.03.2022
CƏMİYYƏT
Paytaxtdan əyalətə gedərək fədakarlığı həyat tərzinə çevirmiş müəllimə
Xəbər lenti
0