SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Baydenlə telefonda 45 dəqiqə nə danışıb?

© AFP 2024 / KAYHAN OZERABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Ərdoğan ABŞ Prezidenti Baydenlə danışıq zamanı regional hadisələr, o cümlədən Rusiyanın Ukraynaya hücumu, Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.
BAKI, 10 mart - Sputnik. Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb. Telefon söhbəti 45 dəqiqə davam edib.
Məlumata görə, Ərdoğan ABŞ Prezidenti Baydenlə danışıq zamanı regional hadisələr, o cümlədən Rusiyanın Ukraynaya hücumu, Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.
Prezident Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik bir qələbə olduğunu vurğulayıb.
Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin tərəflər arasında vasitəçi olmasının vacibliyini vurğulayıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0