SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov və Sergey Lavrov Antalyada nəyi müzakirə ediblər? XİN-dən açıqlama

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidCeyhun Bayramov və Sergey Lavrov
Ceyhun Bayramov və Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında Ceyhun Bayramovla Sergey Lavrov arasında görüşün keçirildiyini bildirib.
BAKI, 10 mart - Sputnik. 10 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.
Azərbaycan XİN-in yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.
Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
21:28
Ceyhun Bayramov və Sergey Lavrov Antalyada bir araya gəldilər
Türkiyənin Antalya şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.
Görüş Antalyada martın 11-dən 13-dək keçiriləcək Diplomatik Forum çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, bölgədə iqtisadı və nəqliyyat əlaqələrinin açılması və humanitar məsələlərin həlli barədə müzakirələr aparıblar.

Görüşdə "3+3" ("3+2") regional platforma üzrə növbəti görüşün yaxın zamanda keçırılməsi barədə razılıq əldə olunub.
Rusiya və Ukrayna XİN rəhbərlərinin Antalya görüşü
Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində Rusiya və Ukrayna XİN rəhbərləri arasında 1,5 saat davam edən görüş baş tutub.
Ukrayna XİN rəhbəri görüşün ardından jurnalistlərə açıqlamasında bildirib ki, Lavrovla danışıqlar çox çətin keçib:
"Biz mövcud vəziyyətin həlli üçün çıxış yolu tapmağa çalışdıq. Danışıqlarda humanitar dəhlizlərin açılması və təşkəsin elan olunması ilə bağlı müzakirələr aparıldı".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı əməliyyatların plana uyğun getdiyini bildirib.
Lavrov Qrəb ölkələrindən Ukraynaya silah tədarükünün təhlükəli oldunu qeyd edib:
"Ukraynaya minlərlə daşına bilən raket sistemləri göndərilir. Bunlar terrorçuların əlinə düşə bilər".
"Belarusda Ukrayna ilə aparılan danışıqların alternativi yoxdur. Bizim Ukrayna XİN rəhbəri ilə görüşümüz Belarusdakı əsas danışıqları önəmini azaltmayacaq. Rusiya Belarusda Ukrayna ilə keçirilən danışıqlara ciddi yanaşır. Moskva Ukrayna böhranı problemi ilə bağlı istənilən təmasların və ondan çıxış yollarının hazırlanmasının tərəfdarıdır", - deyə Lavrov vurğulayıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on beş gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0