Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün “Hər yerdə teatr” idi - VİDEO

© Sputnik / Shahperi Abbasova“Hər yerdə teatr” adlı layihə
“Hər yerdə teatr” adlı layihə - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümyiş olunub və bununla ölkədə peşəkar milli teatrın əsası qoyulub.
BAKI, 10 mart — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart Milli Teatr Günü münasibəti ilə “Hər yerdə teatr” adlı maraqlı layihə həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclik Mall və Bakı Metropoliteni QSC-dir.
"Artıq rəsmi şəkildə 9 ildir ki, 10 mart tarixinin Milli Teatr Günü kimi qeyd olunmasına baxmayaraq, teatr sənətçilərinin peşə bayramı daha çox sənət adamlarını əhatə edir və geniş auditoriya hələ də belə bir bayramın varlığından xəbərsizdir. Çünki teatrlarımız, bir qayda olaraq, Milli Teatr Gününü kompakt şəkildə qeyd edir, həmin gün açıq qapı günləri təşkil edilir, teatr işçilərinin peşə bayramına həsr olunmuş müxtəlif lokal tədbirlərlə kifayətlənirlər", - deyə baş prodüser bildirib.
© Sputnik / Shahperi Abbasova“Hər yerdə teatr” adlı layihə
“Hər yerdə teatr” adlı layihə - Sputnik Azərbaycan, 1920, 10.03.2022
“Hər yerdə teatr” adlı layihə
Zaur Mirzəzadə bildirir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatr sənətçilərinin peşə bayramı münasibəti ilə həyata keçirilən “Hər yerdə teatr” layihəsi 10 Mart Milli Teatr Gününün daha geniş və müxtəlif tərkibli auditoriyaya çatdırılmasını hədəfləyir:
"Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasında və Gənclik Mall ticarət və əyləncə mərkəzində teatrların iştirakı ilə tədbir təşkil olunub. “İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı yaşadıb".
Qeyd edək ki, tədbirdə Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib. “Hər yerdə teatr” layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həşteqləri ilə çoxlu paylaşımlar edilib.
Fürsətdən istifadə edib bu günün səbəbkarları ilə də həmsöhbət olduq. Akademik Musiqili teatrın aktrisası Mehriban Rəcəbova "Arşın mal alan" operattasında Telli obrazını canlandırıb. Teatrda həm də xor orkestrında çalışan aktirsa bildirir ki, bu onun üçün ilkdir: "Bilet alıb gəlmək ayrı, yol gedən insanların reaksiyası tam başqadır. Çox istəyərdim ki, belə tədbirlər çox olsun, belə tədbirlərin təşkili nəticəsində insanların teatra olan marağı artacağını düşünürəm".
Həmin tamaşada Süleyman bəy obrazını canlandıran Namiq İsgəndərzadə təəsüratlarını bizimlə bölüşdü:
" Biz xalqın içində olmağı öyrəşmişik. Amma bu, ənənəvi səhnədən tam fərqlidir. Pandemiyada dönəmində də onlayn tamaşalar oyandıq. Amma sözsüz ki, canlı tamaşaların yerini heç nə vermir. Bu layihə də teatrsevərlər üçün bir hədiyyə oldu".
Musiqili teatrın aktyoru, "Arşın mal alan"da Vəli obrazını canlandıran Cəlal Məlikli insanları teatra səslədi:
"İnsanlar bir-birinə yaxın olmalıdır. Hər şey səmimi olmalıdır. Biz də öz sənətimiz vasitəsi ilə xalqımızın yanında olmağa çalışırıq. Pandemiyalı, müharibəli ağır günlərdə xalqımıza pozetiv enerji ötürə biliriksə, nə xoş bizə".
"Biz bu gün "Arşın mal alan operettasının qısa icmalını təqdim etdik. Mən orada Əsgər obrazını canlandırırdım. Elə insanlar var ki, bəlkə də uzun illərdir ki, teatra getməyib. İşə gedən insanların belə bir səhnə ilə qarşılaşması düşünürək ki, onların da ovqatını xoş edər", - deyə Akademik Musiqili teatrın solisti Sübhan Rüstəmov bildirib.
Məlumat üçün bildirək ki, Xalqımızın zəngin teatr ənənələri, tarixi minilliklərə uzanan xalq oyun-tamaşa mədəniyyəti var. Xalq yaradıcılığında, aşıq sənətində, dastanlarda rüşeym şəklində mövcud olan teatr ənənələri əsrlərin sınağından çıxaraq, böyük inkişaf yolu keçib və bu günə qədər qorunub. Azərbaycanda avropatipli peşəkar teatrın yaranması 1873-cü ilin 10 mart tarixinə təsadüf edir.
Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümyiş olunub və bununla ölkədə peşəkar milli teatrın əsası qoyulub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il mart ayının 10-u Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Boş teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
MƏDƏNİYYƏT
Bu gün Milli Teatr Günüdür
Xəbər lenti
0