NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin ucuzlaşıb

© AP Photo / David ZalubowskiNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti - 135,99 dollar ötən gün qeydə alınmışdı
BAKI, 10 mart — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 8,87 dollar azalaraq 127,12 dollar olub.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,35 dollar artaraq 113,49 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,22 dollar artaraq 109,92 dollar olub.
Qeyd edək ki, dünyada baş verən hadisələr fonunda son vaxtlar dünya bazarlarında neftin qiyməti bahalaşır. Martın 8-də ABŞ Rusiya nefti, bir sıra neft məhsulları, mayeləşdirilmiş təbii qaz (LNG) və kömür idxalına qadağa qoyub. Ardınca Böyük Britaniya ilin sonuna kimi Rusiyadan neft və neft məhsulları idxalını dayandıracağını açıqlayıb.
Dünya bazarlarında neftin qiymətlərində dəyişkənliyin olması da gözləniləndir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (135,99 dollar) qeydə alınmışdı.
2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0