Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynadakı biolaborotoriyalar Pentaqona niyə lazım idi?

© CHIP SOMODEVILLA / Getty Images via AFPQoruyucu geyimdə olan laboratoriya işçiləri
Qoruyucu geyimdə olan laboratoriya işçiləri - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarına dair məlumatlar bu ölkənin cinayətkar fəaliyyətini sübut edir.
BAKI, 9 mart — Sputnik. Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində 30 bioloji laboratoriya aşkarlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ onların fəaliyyəti üçün 200 milyon dollardan çox pul xərcləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarına dair məlumatlar bu ölkənin cinayətkar fəaliyyətini sübut edir.
Bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirmişdi ki, Ukraynada bioloji tədqiqat obyektləri var, hazırda Kiyev və Vaşinqton orada toplanmış materialların Rusiya qüvvələrinin əlinə keçməsinin qarşısını almaq üçün çalışır.
"ABŞ bu materialların Rusiyanın əlinə keçməməsi üçün hər şeyi edir. Bunlar hansı materiallardır...? Bunlar ABŞ-ın Ukrayna ərazisində qanunsuz və cinayət fəaliyyətini sübut edən materiallardır", - deyə Zaxarova Sputnik radiosunun efirində bildirib.
Zaxarova bildirib ki, Ukraynada ABŞ-ın bioloji laboratoriyalarının olması ilə bağlı məlumatlar Vaşinqtonun fəaliyyətinin mənzərəsini tamamilə dəyişir və bu, Rusiya üçün birbaşa təhlükədir.
"Rusiyanın Ukraynanın demilitarizasiyası üzrə əməliyyat operativ şəraitdə təcili olaraq başlayıb. Əgər fevralın 24-də Ukrayna Səhiyyə Nazirliyi artıq bütün Ukraynanın bioloji laboratoriyalarına müvafiq göstərişlər göndəribsə, bu, o deməkdir ki, hadislərin fövqəladə inkişaf planı işə salınıb. Fövqəladə vəziyyətdə işlədikləri materialları məhv etmək üçün hansı laboratoriyaları işə salmalı idilər? Çox sadə. Bunlar Amerikalıların bioloji sahədə hərbi təcrübələrdir", - o, Sputnik radiosunda deyib.
Əgər Ukraynada bioloji laboratoriyaların işi dayandırılmasaydı, nəzarətsiz qalacaqdı, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
"Əgər bu (Ukraynada biolaboratoriyaların fəaliyyəti - red.) indi dayandırılmasa, bütün bunlar idarəolunmaz olacaq və prinsipcə, belə görünür ki, yalnız ekstremist qüvvələrə tabe olacaq, mən burada heç kimin adını çəkmirəm", - o Sputnik radiosunda deyib.
ABŞ üçün işləyən Ukrayna biolaboratoriyaları
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb. Xüsusi təhlükəli patogenlərin məhv edilməsi haqqında məlumatlar var: "taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin törədiciləri".
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir (DTRA). Layihədə Pentaqona bağlı "Black and Veatch" şirkəti iştirak edib.
"Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar", - Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.
Onun sözlərinə görə, Lvov, Xarkov və Poltavada yerləşən bu obyektlər "ABŞ-ın rəhbərlik etdiyi hərbi bioloji proqram çərçivəsində təhlükəli yoluxucu patogenlərlə işləyiblər.
Müdafiə Nazirliyi qeyd edib ki, biolaboratoriyaların fəaliyyəti 2014-cü ildən bu yana müşahidə edilən xüsusilə təhlükəli infeksiyalara yoluxma hallarının nəzarətsiz artmasına səbəb olub. Difteriya, məxmərək, vərəm, qızılca kimi xəstəliklərin sayı artıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynanı poliomielit xəstəliyinin yayılma riski yüksək olan ölkələr siyahısına daxil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Moskvada Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Moskva ÜTT-də ticarət məhdudiyyətlərinə etiraz etməyə hazırdır
Xəbər lenti
0