https://sputnik.az/20220309/moskva-utt-de-ticaret-mehdudiyyetlerine-etiraz-etmeye-hazirdir-439983037.html
Moskva ÜTT-də ticarət məhdudiyyətlərinə etiraz etməyə hazırdır
Moskva ÜTT-də ticarət məhdudiyyətlərinə etiraz etməyə hazırdır
Sputnik Azərbaycan
Dmitri Biriçevski bildirib ki, Moskvanın ÜTT-yə qanun və normaların pozulması ilə qəbul edilmiş ticarət məhdudiyyətlərinə görə etiraz etməyə hazır olduğunu... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T15:42+0400
2022-03-09T15:42+0400
2022-03-09T15:53+0400
sanksiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
qərb
real
məntiq
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_0:0:3148:1771_1920x0_80_0_0_118bba88b0a68f0db9d249b504f0bbe2.jpg
BAKI, 9 mart — Sputnik. Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən Qərbin məntiqi reallıqdan uzaqdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları RİA Novosti-yə şərh edərkən deyib.Dmitri Biriçevski Moskvanın ÜTT-yə qanun və normaların pozulması ilə qəbul edilmiş ticarət məhdudiyyətlərinə görə etiraz etməyə hazır olduğunu bildirib."Bizim ÜTT-nin Mübahisələrin Həlli Orqanında öz maraqlarımızı uğurla müdafiə etmək üzrə kifayət qədər təcrübəmiz var və digər üzv ölkələr tərəfindən tətbiq edilən qeyri-qanuni ticarət məhdudiyyətlərinə etiraz etmək və bu təşkilatda çoxtərəfli sazişləri və öhdəlikləri pozmaq üçün bu arbitrajdan istifadə etmək təcrübəsini davam etdirmək niyyətindəyik", - deyə diplomat qeyd edib."Hazırda Rusiya ilə ÜTT arasında münasibətlərdə köklü dəyişikliklərdən söhbət gedə bilməz, lakin onların gələcək inkişafı vektorunu çoxtərəfli ticarət sistemi çərçivəsində bizim milli iqtisadi maraqlarımız diktə edəcək", - o vurğulayıb.Kim anti-Rusiya sanksiyalarından əziyyət çəkirAİ-nin Rusiyaya qarşı sanksiyaları Aİ vətəndaşlarına böyük ziyan vurur."Aİ Rusiyaya qarşı sanksiya təzyiqini daha da artırmağa çağırır. Qərbin bu cür siyasəti reallıqdan tamamilə uzaq məntiqə əsaslanır", - Biriçevski bildirib.O xatırladıb ki, Moskva dəfələrlə Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin qeyri-qanuni olduğunu, beynəlxalq hüququn əsaslarını pozduğunu qeyd edib. Biriçevski qeyd edib ki, digər məqamlarla yanaşı, bunlar Avropa İttifaqının özünün maraqlarına ziddir."Onlar mövcud ticarət və istehsal zəncirlərinin qırılmasına gətirib çıxarır və Aİ-yə üzv dövlətlərin vətəndaşlarına böyük ziyan vurur. Eyni zamanda, məhdudlaşdırıcı tədbirlər koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi qeyri-sabitlik kontekstində xüsusilə əks effekt verir"- rusiyalı diplomat bildirib.Rusiyanın sanksiyalara cavabıRusiya sanksiyaların artması fonunda valyuta ehtiyatlarında və xarici ödənişlərdə dollardan istifadəni azaldır."Rusiya iqtisadiyyatı demək olar ki, daimi olaraq artan sanksiya riskləri şəraitində yaşayır. Biz bundan çıxış edərək bildiririk ki, daxili bazar və ölkənin xarici iqtisadi əlaqələri tədricən dəyişən şəraitə uyğunlaşır. Müvafiq transformasiyanı həyata keçirmək, iqtisadi inkişaf modelinin və maliyyə siyasətinin tənzimlənməsi üçün lazımi təhlükəsizlik ehtiyatımız var.Onun sözlərinə görə, Rusiya tərəfi "uzun müddətdir ki, Qərbdən sanksiyaların eskalasiyası risklərini ayıq şəkildə dəyərləndirir və yalnız öz güc və imkanlarına arxalanır: "Bu kontekstdə təbii ki, Rusiya hakimiyyəti öz ticarət-iqtisadi əlaqələrini və investisiya layihələrini xarici mənfi təsirlərdən qorumaq üçün ciddi səylər göstərir. İstər daxili ehtiyatlarda, istərsə də xarici hesablaşmalarda dollardan istifadənin azaldılması, diqqətin Qərbin alternativ kapital bazarlarına yönəldilməsi, maliyyə məlumatlarının ötürülməsi üçün etibarlı və təhlükəsiz kanalların təmin edilməsi, milli valyutalarda qarşılıqlı ödənişlərin payının artırılması və müəyyən əsas ticarət tərəfdaşları ilə birbaşa banklararası müxbir əlaqələrinin qurulması Rusiya iqtisadi siyasətinin əsas elementləridir", - Biriçevski vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220302/rusiyanin-tehlukesizlik-marjasi-var-biz-ayaq-uste-dayanacagiq---peskov-439782122.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_417:0:3148:2048_1920x0_80_0_0_f14f3a5cc2f172dce3d4c79ae780d1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
sanksiya, qərb, real, məntiq
sanksiya, qərb, real, məntiq
Moskva ÜTT-də ticarət məhdudiyyətlərinə etiraz etməyə hazırdır
15:42 09.03.2022 (Yenilənib: 15:53 09.03.2022) Dmitri Biriçevski bildirib ki, Moskvanın ÜTT-yə qanun və normaların pozulması ilə qəbul edilmiş ticarət məhdudiyyətlərinə görə etiraz etməyə hazır olduğunu bildirib.
BAKI, 9 mart — Sputnik. Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən Qərbin məntiqi reallıqdan uzaqdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları RİA Novosti-yə şərh edərkən deyib.
Dmitri Biriçevski Moskvanın ÜTT-yə qanun və normaların pozulması ilə qəbul edilmiş ticarət məhdudiyyətlərinə görə etiraz etməyə hazır olduğunu bildirib.
"Bizim ÜTT-nin Mübahisələrin Həlli Orqanında öz maraqlarımızı uğurla müdafiə etmək üzrə kifayət qədər təcrübəmiz var və digər üzv ölkələr tərəfindən tətbiq edilən qeyri-qanuni ticarət məhdudiyyətlərinə etiraz etmək və bu təşkilatda çoxtərəfli sazişləri və öhdəlikləri pozmaq üçün bu arbitrajdan istifadə etmək təcrübəsini davam etdirmək niyyətindəyik", - deyə diplomat qeyd edib.
"Hazırda Rusiya ilə ÜTT arasında münasibətlərdə köklü dəyişikliklərdən söhbət gedə bilməz, lakin onların gələcək inkişafı vektorunu çoxtərəfli ticarət sistemi çərçivəsində bizim milli iqtisadi maraqlarımız diktə edəcək", - o vurğulayıb.
Kim anti-Rusiya sanksiyalarından əziyyət çəkir
Aİ-nin Rusiyaya qarşı sanksiyaları Aİ vətəndaşlarına böyük ziyan vurur.
"Aİ Rusiyaya qarşı sanksiya təzyiqini daha da artırmağa çağırır. Qərbin bu cür siyasəti reallıqdan tamamilə uzaq məntiqə əsaslanır", - Biriçevski bildirib.
O xatırladıb ki, Moskva dəfələrlə Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin qeyri-qanuni olduğunu, beynəlxalq hüququn əsaslarını pozduğunu qeyd edib. Biriçevski qeyd edib ki, digər məqamlarla yanaşı, bunlar Avropa İttifaqının özünün maraqlarına ziddir.
"Onlar mövcud ticarət və istehsal zəncirlərinin qırılmasına gətirib çıxarır və Aİ-yə üzv dövlətlərin vətəndaşlarına böyük ziyan vurur. Eyni zamanda, məhdudlaşdırıcı tədbirlər koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi qeyri-sabitlik kontekstində xüsusilə əks effekt verir"- rusiyalı diplomat bildirib.
Rusiyanın sanksiyalara cavabı
Rusiya sanksiyaların artması fonunda valyuta ehtiyatlarında və xarici ödənişlərdə dollardan istifadəni azaldır.
"Rusiya iqtisadiyyatı demək olar ki, daimi olaraq artan sanksiya riskləri şəraitində yaşayır. Biz bundan çıxış edərək bildiririk ki, daxili bazar və ölkənin xarici iqtisadi əlaqələri tədricən dəyişən şəraitə uyğunlaşır. Müvafiq transformasiyanı həyata keçirmək, iqtisadi inkişaf modelinin və maliyyə siyasətinin tənzimlənməsi üçün lazımi təhlükəsizlik ehtiyatımız var.
Onun sözlərinə görə, Rusiya tərəfi "uzun müddətdir ki, Qərbdən sanksiyaların eskalasiyası risklərini ayıq şəkildə dəyərləndirir və yalnız öz güc və imkanlarına arxalanır: "Bu kontekstdə təbii ki, Rusiya hakimiyyəti öz ticarət-iqtisadi əlaqələrini və investisiya layihələrini xarici mənfi təsirlərdən qorumaq üçün ciddi səylər göstərir. İstər daxili ehtiyatlarda, istərsə də xarici hesablaşmalarda dollardan istifadənin azaldılması, diqqətin Qərbin alternativ kapital bazarlarına yönəldilməsi, maliyyə məlumatlarının ötürülməsi üçün etibarlı və təhlükəsiz kanalların təmin edilməsi, milli valyutalarda qarşılıqlı ödənişlərin payının artırılması və müəyyən əsas ticarət tərəfdaşları ilə birbaşa banklararası müxbir əlaqələrinin qurulması Rusiya iqtisadi siyasətinin əsas elementləridir", - Biriçevski vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.