Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rubl manat qarşısında ucuzlaşır

© Sputnik / Михаил Воскресенский / Mediabanka keçidRusiya rublu, arxiv şəkli
Rusiya rublu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Martın 5-də rublun manata qarşı məzənnəsi 10,97 faiz azalaraq 0,0138 manat (1 manat=72,46 rubl) təşkil etmişdi.
BAKI, 9 mart — Sputnik. Martın 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 5,1 faiz azalaraq 0,0131 manat (1 manat=76,33 rubl) təşkil edib. Başqa sözlə, bu günə 1000 rubl 13,10 manat olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Martın 5-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 10,97 faiz azalaraq 0,0138 manat (1 manat=72,46 rubl) təşkil etmişdi. Başqa sözlə, 1000 rubl 13,80 manat olmuşdu.
Qeyd edək ki, son günlər tədricən ucuzlaşan rubl fevralın 28-də manat qarşısında kəskin dəyər itirib. Həmin gün 1000 rubl 15,7 manat olmuşdu.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya rublu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ərdoğan ticarətdə rubldan istifadənin mümkünlüyünü bildirib - KİV
Xəbər lenti
0