Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident TÜRKSOY-un baş katibini fəxri diplomla təltif edib

© Photo : TÜRKSOYTabloda eks olunan görüntü
Tabloda eks olunan görüntü - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Məşhur musiqiçi, professor D.K. Kaseinov 2008-ci ildən bu günə kimi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibidir.
BAKI, 9 mart — Sputnik. Prezident İlham Əliyev Düsen Kaseinovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Düsen Kurabay oğlu Kaseinov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
Məlumat üçün bildirək ki, 2008-ci ildən bu günə kimi məşhur musiqiçi, professor D.K. Kaseinov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibidir.
D.K.Kaseinov beynəlxalq və ictimai təşkilatların, eyni zamanda Azərbaycan, Qazaxıstan, Polşa, Monqolustan, Rusiyanın dövlət mükafatları ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0