CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə qaydalarını pozan şəxslərin sayı bəlli oldu

© Azerbaijan Highway State Agencycərimə
cərimə - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 4,2 min obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə 805 obyektin sahibləri barədə inzibati məsuliyyat tədbirləri tətbiq olunub.
BAKI, 9 mart — Sputnik. Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) sosial şəbəkələrdə yalan məlumatlar yerlaşdirən 100 nəfər müəyyən edilərək onlardan 60-ı cərimələnib, məhkəmələr tərəfindən 40 nəfər isə inzibati qaydada həbs edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, pandemiyanın başladığı dövrdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real tahlükə yaratma faktlarına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə 1 308 cinayət işinin başlanılması təmin edilib.
Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.
Bildirilib ki, onlardan 747,2 min nəfəri cərimələnib (tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər), 1 286 nəfəri isə həbs edilib. İctimai iaşə obyektlrəi üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib.
Xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 4,2 min obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə 805 obyektin sahibləri barədə inzibati məsuliyyat tədbirləri tətbiq olunub.
Bu il yanvarın 1-nə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı üzra ayrılmış vəsaitdən 113 milyon 064,5 min manatın 107,4 min vergi ödəyicisinin bank hesabına, muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı isə ayrılmış vəsaitdən 250 milyon 574,2 min manatın 25,2 min vergi ödəyicisinin bank hesabına köçürülməsi təmin edilib.
Sənədə əsasən, qanunvericiliklə pandemiyanın bilavasitə təsir etdiyi bir çox fəaliyyat istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak va torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 %-i miqdarında vergi güzəştlərinin verilməsi, sadələşdirilmiş vergi məbləği üzrə 50 % güzəştin verilməsi, bir sira vergi dərəcələrinin əhəmiyyətli dərəcədə endirilməsi, bəzi vergilərin ödənilmə müddətinin xeyli uzadılması, vergi və digər borclar üzrə faizlərin hesablanmasının təxirə salınmasi, habelə pandemiyanın mənfi təsir etdiyi mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 % güzəştin verilməsi nəzərdə tutulub.
Eyni zamanda digər vergilər üzrə vergi tətilinin verilməsi, sahibkarlıq subyektlərinə profilaktik tədbirlərə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, eləcə də sigorta olunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin hesablanmasında diferensial faiz əmsallarının tətbiq edilməsi və s. kimi böyük həcmli güzəştlər də sənəddə əksini tapıb.
Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin maliyyə dəstəyini ala bilmələri məqsədilə şəxsi elektron kabinetləri vasitəsilə müraciət etmələri üçün "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqrami" üçün ərizə forması, ödəyicilərinin internet vergi idarəsindəki şəxsi kabinetlərindən müraciət etmə prosedurunu özündə əks etdirən video təlimat hazırlanaraq istifadəyə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0