CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il korrupsiyaya görə tutulan şəxslərin sayı bəlli oldu

© Sputnik / Murad OrujovKişi manatları gizlədir, arxiv şəkli
Kişi manatları gizlədir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
İstintaqı tamamlanmış cinayət işlərindən 306 şəxs barəsində 155 iş ağır cinayətlər məhkəmələrinə, 7 şəxs barəsində 3 iş hərbi, 153 şəxs barəsində 116 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
BAKI, 9 mart — Sputnik. Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən ötən il aşkar edilən cinayət faktları üzrə 118 cinayət işi başlanılıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd edilib ki, keçirilən 55 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 73 şəxs cinayət başında yaxalanıb, habela axtarışda olan 13 nəfər saxlanılıb.
Hesabat dövrü ərzinda Baş idarə tərəfindən 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
Həmin işlərdən 12 hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onların rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilən cinayət işlərinin əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 306 şəxs barəsində 155 iş ağır cinayətlər məhkəmələrinə, 7 şəxs barəsində 3 iş hərbi, 153 şəxs barəsində 116 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən il korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlarin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsiri tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif dövlət qurumlarına və vəzifəli şəxslərə 267 təqdimat verilib.
© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Əli qandallanmış adam, arxiv şəkli
Qeyd edilib ki, həmin təqdimatlar əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub. Habelə, qanun pozuntularından çəkindirmək məqsədilə 51 halda vəzifəli şəxslərə və vətəndaşlara rəsmi xəbərdarlıq edilib.
Bununla yanaşı, baxılan müraciətlər üzrə aparılan araşdırmalar və cinayət işlərinin istintaqı zamanı müvafiq şəxslərin əməllərində inzibati xəta əlamətləri aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə asasən hüquqi qiymət verilməsi məqsədilə toplanılan 16 material aidiyyəti üzrə baxılmast üçün Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilib.
Müvafiq dövr ərzində Baş İdarədə 210 vətəndaşın qəbul edilməsi təmin edilib. Bunlardan 63-ü Baş İdarə rəisi, 73-ü Baş İdarə rəisinin müavinləri, idarə və ya rəisləri, 74-ü isə növbətçi prokurorlar tərəfindən qəbul olunub.
Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb.
Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Fake news - Sputnik Azərbaycan, 1920, 06.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Feyklərin məqsədi RF-də hakimiyyətə etimadı məhv etmək və sabitliyi pozmaqdır
Xəbər lenti
0