https://sputnik.az/20220309/olkemiz-ust-e-resmi-muraciet-gonderib-439994331.html
Ölkəmiz ÜST-ə rəsmi müraciət göndərib
Ölkəmiz ÜST-ə rəsmi müraciət göndərib
Sputnik Azərbaycan
Ötən il yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkədə əldə olunan epidemioloji sabitliyi qoruyub... 09.03.2022, Sputnik Azərbaycan
2022-03-09T20:01+0400
2022-03-09T20:01+0400
2022-03-09T20:01+0400
üst
səhiyyə
ümumdünya səhiyyə təşkilatı
yoluxucu
yoluxucu xəstəlik
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373066_0:0:3078:1731_1920x0_80_0_0_6f4f193ee490bc05d2597fa0d4eec08f.jpg
BAKI, 9 mart — Sputnik. Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatına rəsmi müraciət göndərilib.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.Qeyd olunub ki, ötən il yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkədə əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib.Hesabatda qeyd olunub ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da peyvənd təqviminə uyğun olaraq uşaqların immunizasiya yolu ilə 11 yoluxucu xəstəlikdan müdafiəsi təmin edilir. Aparılan vaksinasiya tədbirlərinin nəticəsində peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.Belə ki, poliomielit, difteriya, göyöskürək, epidemik parotit, qızılça və məxmərək xəstəlikləri ölkədə qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda baş verib. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktik tədbirlər nəticəsində artıq 8 ildir ki, malyariyanın yerli yoluxması baş vermir.Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Azərbaycan Respublikası 1992-ci il 2 oktyabr tarixində ÜST-ə üzv qəbul olunub. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın Baş qərargahı və Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373066_263:0:2994:2048_1920x0_80_0_0_d72690d4e0b5c9c659978c1f29bcdee9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, ümumdünya səhiyyə təşkilatı, yoluxucu, yoluxucu xəstəlik
üst, ümumdünya səhiyyə təşkilatı, yoluxucu, yoluxucu xəstəlik
Ölkəmiz ÜST-ə rəsmi müraciət göndərib
Ötən il yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkədə əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib.
BAKI, 9 mart — Sputnik. Azərbaycanın malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatına rəsmi müraciət göndərilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.
Qeyd olunub ki, ötən il yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər ölkədə əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib.
Hesabatda qeyd olunub ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da peyvənd təqviminə uyğun olaraq uşaqların immunizasiya yolu ilə 11 yoluxucu xəstəlikdan müdafiəsi təmin edilir. Aparılan vaksinasiya tədbirlərinin nəticəsində peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.
Belə ki, poliomielit, difteriya, göyöskürək, epidemik parotit, qızılça və məxmərək xəstəlikləri ölkədə qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda baş verib. Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktik tədbirlər nəticəsində artıq 8 ildir ki, malyariyanın yerli yoluxması baş vermir.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Azərbaycan Respublikası 1992-ci il 2 oktyabr tarixində ÜST-ə üzv qəbul olunub. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın Baş qərargahı və Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.