CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni Vasif Məhərrəmli məhkəmədə dindirilib

© Instagram / vasifmeherremliƏməkdar artist Vasif Məhərrəmli
Əməkdar artist Vasif Məhərrəmli  - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib
BAKI, 9 mart — Sputnik. Müğənni Vasif Məhərrəmli məhkəməyə çağırılıb. Sputnik Azərbaycan Trend-ə istinadən məlumat verir ki, V.Məhərrəmli Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Müğənni dələduzluqda təqsirləndirilərək həbs olunan Maksud Mahmudovun işi üzrə zərərçəkmiş qismində dindirilib.
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0